“BMT siyasi deyil, daha çox humanitar funksiyanı yerinə yetirir”
“BMT-nin 80-cı sessiyası qlobal təhlükəsizliyə təhdid və çağırışları fonunda keçirilir. Hazırda BMT ikinci dünya müharibəsindən sonra, qurulmuş siyasi nizama uyğun fəaliyyət göstərir”.
Adalet.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
Politoloq bildirib ki, dünyada yeni siyasi nizamın yaradılması istiqamətində çağırışlar və fəaliyyətlər baslayır:
“Qeyd edim ki, Azərbaycanın 2020-ci ildə Ermənistanın işğalında olan öz ərazilərini azad etməklə, Cənubi Qafqazda yaratdığı yeni siyasi nizam beynəlxalq proseslərdə yeni siyasi dinamika yaratdı. Halbuki BMT-nin Təhlükəsizlik Şurasının beş qətnaməsi fonunda münaqişə ədalətli həllini tapmalı idi. Amma, BMT öz fəaliyyətində zəiflik nümayiş etdirmiş oldu. BMT fəaliyyətsizliyi və Təhlükəsizlik Şurasının beş daimi üzvünün geosiyasi rəqabət aparması beynəlxalq tarazlıqda tektonik hərəkətlilik yaratdı”.
O, bildirib ki, xüsusilə Rusiyanın Ukraynaya üzərindən Qərbə qarşı başlatdığı ekzesitenial müharibə yeni dünya siyasi nizamına keçidi özündə ehtiva etdi:
“Çünki, Rusiya bir qütblü dünyanı qəbul etmir, iki və çox qütblü dünyanın qurulmasını tələb edir. Ona görə də beynəlxalq siyasi nizam pozulub və Çində öz hərbi qüdrətini paradla nümayiş etdirdi. Artıq dünyada BMT qanunları deyil, gücün qanunları işləyir. Demək olar ki, BMT-nin funksiyası isə işləmir, yalnız ildə bir dəfə dünya liderlərinin çıxışı üçün beynəlxalq platforma rolunu oynayır. Halbuki, yeni dünya siyasi nizamında BMT-də struktur islahatlar labüddür. Xüsusilə, BMT Mənzil Qərargahı ABŞ deyil, Afrikaya köçürülməlidir. Çünki, ABŞ BMT-nin işinə mane olur. Məhz ABŞ ZFələstin lideri M. Abbasın BMT Baş Assambleyasında iştirakı üçün gəlməsinə viza verməyib. Bundan əlavə, BMT bir çox məsələlərinə qadağalar tətbiq edir. Göründüyü kimi, BMT bir dövlətin müəyyən inhisarında olursa, öz təsir funksiyasını itirmiş olur. Yaxın perspektivdə BMT islahatlar gözlənilmir. Çünki, yeni qaydalar qurulması üçün münaqişələr qaçılmaz görünür. Yaxın 10 il ərzində BMT eyni funksiya ilə fəaliyyətini davam etdirəcək. BMT Təhlükəsizlik Şurasınin daimi üzvlülərinin sayı artmalı və islahatlar keçirilməlidir. Yeni dünyada siyasi nizam qurulduqdan sonra, BMT islahatlar aparılması istisna deyil. BMT yalnız humanitar məsələlərin həllində öz funksiyasını yerinə yetirə bilər. Digər, siyasi və təhlükəsizlik məsələlərində BMT qərar vermək imkanı əlindən alınıb”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
14 Dekabr 2025 10:45
Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışı əsl xilaskarlıq missiyası idi
14 Dekabr 2025 09:37
Ceyhun Bayramov pakistanlı həmkarı ilə müzakirə apardı
13 Dekabr 2025 18:40
"Zəngəzur dəhlizi eyni anda bir neçə strateji marşrutu birləşdirir" - Elçin Əmirbəyov
13 Dekabr 2025 10:00
Əliyevin liderliyi ilə çox vacib addımlar atılır - Türkiyə XİN
12 Dekabr 2025 15:09
Azərbaycan və Türkiyə qarşılıqlı hərbi təhlükəsizliyi möhkəmləndirəcək
12 Dekabr 2025 15:07
Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlandı
12 Dekabr 2025 14:39
MSK yenidən formalaşdırılacaq? - Məzahir Pənahovdan açıqlama
12 Dekabr 2025 12:35


Bakı -°C

