“İlham Əliyevin siyasəti ölkəmizi regional “orta güc” dövlətinə çevirib”
“Sabah Qəbələdə Türk Dövlətləri Təşkilatının XII Zirvə görüşü öz işinə başlayacaq. Azərbaycan Prezidentinin dəvəti əsasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və özbəkistanlı həmkarı Şavkat Mirziyoyev Azərbaycana səfər edəcək”.
Adalet.az xəbər verir ki, bunu millət vəkili Vüqar Bayramov deyib.
O bildirib ki, Azərbaycan türk dövlətləri arasındakı strateji əməkdaşlıq və inteqrasiyanın güclənməsinə xüsusi töhfə verən dövlətdir:
“Son illər həm türk dövlətləri arasında iqtisadi əməkdaşlığın dərinləşməsi, həm də milli iqtisadiyyatlarının sürətli inkişafı qeydə alınıb. 2024-cü ildə türk dövlətlərinin iqtisadiyyatı 5,4 faiz böyüyüb. Bu 3,2 faizlik qlobal iqtisadi artımı xeyli dərəcdə üstəliyir. Türk dövlətləri 2,11 trilyon dollar ÜDM ilə qlobal iqtisadiyyatda 1,8 faizlik paya sahibdirlər. 2024-cü ildə türk dövlətlərinin ümumi ticarət dövriyyəsi 1,17 trilyon dollar təşkil edib ki bu da qlobal ticarət dövriyyəsinin 3,5 faizi deməkdir”.
Millət vəkilinin sözlərinə görə, bu isə o deməkdir ki, Türk dünyası yeni qlobal gücə çevrilməkdədir:
“Yeni dünya düzəninin formalaşması mərhəsləsində regionda müşahidə edilən siyasi katakalizmlərə rəğmən Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət Azərbaycanın geosiyasi mövqeyini daha da gücləndirməklə yanaşı, ölkəmizi regional “orta güc” dövlətinə çevirib. Çox vektorlu xarici siyasət Azərbaycanın eyni zamanda Qərb və Şərqlə tərəfdaşlığını gücləndirərək regional təhlükəsizliyin qorunmasında rolunu daha da artırıb. Mövcud iqtisadi potensialı ilə Türk dünyası regional gücə çevrilərək qlobal məsələlərə töhvə verir. Bu Azərbaycan daxil olmaqla, Türk dövlətlərinin geo-siyasi mövqeyini daha da gücləndirir”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
07 Yanvar 2026 17:39
İlham Əliyev bir qrup şəxsi təltif etdi
07 Yanvar 2026 17:28
Prezident dini qurumlara maliyyə yardımı ayırdı - SƏRƏNCAM
07 Yanvar 2026 12:23
Zakir Həsənov Qazaxıstanın yeni hərbi attaşesini qəbul etdi
07 Yanvar 2026 12:20
Gələn həftə deputatların tətili başa çatır
07 Yanvar 2026 11:46
“Azərbaycan hüquqşünasları bu məsələyə aid mövqelərini ortaya qoymalıdır...”
07 Yanvar 2026 09:44
“Azərbaycan bütün məsələləri milli maraqlara uyğun həll edir”
07 Yanvar 2026 09:44
YAPONİYA TÜRK DÖVLƏTLƏTİ TƏŞKİLATINA ÜZV OLMAQ İSTƏYİR
06 Yanvar 2026 21:02


Bakı -°C

