“Tramp Qəzza ilə bağlı razılaşmanı daha əvvəl əldə etsəydi...”
“ABŞ Prezidenti Donald Trampın Nobel sülh müküfatına iddiasını anlamaq çətindir. Bəlkə də Nobel Komitəsinin tarixində belə hal olmayıb ki, kimsə özü Nobel mükafatı almaq üçün il ərzində “mükafat mənə verilməlidir” davamlı açıqlamalar versin. Fikrimcə, Tramp gələn il mükafata əsas namizədlərdən biri ola bilər”.
Adalet.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
O bildirib ki, Ağ Ev sahibi Qəzza ilə bağlı razılaşmanı daha əvvəl əldə etsəydi, o bu il mükafata əsas namizəd olacaqdı:
“Nobel Komitəsi sülh mükafatını alacaq namizədləri aylar öncə müəyyənləşdirib və həmin müddətdə Qəzzada hələ qətllər davam edirdi. Ədalət naminə Tramp ABŞ-nin keçmiş Prezidenti Barak Obamadan Nobel sülh mükafatına daha layiqlidir. Barak Obama 2009-cu ildə beynəlxalq diplomatiyanı gücləndirmək üçün göstərdiyi səylərə görə Nobel sülh mükafatına layiq görülüb. Ancaq Obama xarici və təhlükəsizlik sahəsində elə bir uğur qazanmamışdı. Bakıda 1990-cı ilin yanvar ayında qətliama yaşıl işıq yandıran SSRİ-nin son lideri Mixail Qorbaçov da Nobel sül mükafatı almışdı”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
05 Noyabr 2026 08:13
Atasını satıb həbsdən çıxdı
05 Noyabr 2026 07:45
Kozinoğlunun ölümü ilə bağlı hesabat açıqlandı - Detallar
05 Noyabr 2026 07:44
Tramp administrasiyasında İrana qarşı növbəti addımlarla bağlı fikir ayrılığı yaranıb
05 Noyabr 2026 07:43
Sinif müəllimi idi, işdən çıxıb milyarder oldu - Bir gündə 2,5 milyard qazandı
05 Noyabr 2026 07:40
Şimali Koreyada yeni HHM kompleksi sınaqdan keçirilib
05 Noyabr 2026 07:40
Bütün ölkə yağış duası oxuyacaq - Xalqa çağırış etdilər
05 Noyabr 2026 07:39
Bob Dilan Roma Papası XIV Leo ilə Vatikanda görüşüb
05 Noyabr 2026 07:37


Bakı -°C

