“İlham Əliyevin 22 illik Prezidentliyi dövründə iqtisadiyyat 4 dəfədən çox böyüyüb”

“Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ilk dəfə dövlət başçısı seçildiyi tarixdir. 22 il öncə ilk dəfə Prezident seçilən zamanı dövlət başçımızın müəyyənləşdirdiyi hədəflər artıq reallaşıb: Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə Azərbaycan MDB-də münaqişələrə məruz qalan ölkələri arasında ərazi bütövlüyünü və suverenliyini tam bərpa edən ilk dövlətdir. Yeni dünya düzəninin formalaşması mərhələsində regionda müşahidə edilən siyasi katakalizmlərə rəğmən Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət Azərbaycanın geosiyasi mövqeyini daha da gücləndirməklə yanaşı, ölkəmizi regional “orta güc” dövlətinə çevirib”.
Adalet.az xəbər verir ki, bunu millət vəkili Vüqar Bayramov deyib.
O bildirib ki, İlham Əliyevin 22 illik Prezidentliyi dövründə Azərbaycan iqtisadiyyatı 4 dəfədən çox böyüyüb.
“Azərbaycan üçün kifayət qədər vacib olan strateji valyuta ehtiyatları isə bu dövrdə 2 milyard dollardan 80 milyard dollara çatıb. Əldə edilən uğurlar yeni dövrdə iqtisadi islahatların dərinləşməsi ilə daha da möhkəmlənməkdədir. Yeni dövrün yeni hədəfləri Azərbaycan iqtisadiyyatı üçün vacib imkanlar deməkdir. Yeni hədəflər kontekstində Azərbaycan iqtisadiyyatında islahatların dərinləşməsi, o cümlədən rəqabətin gücləndirilməsi, investisiya mühitinin daha da yaxşılaşdırılması, gizli iqtisadiyyatın aradan qaldırılması kimi strateji tədbirləri müşahidə edəcəyik. Azərbaycan Prezidentinin rəhbərliyi ilə Azərbaycan yeni uğurlara imza ataraq inkişaf dinamikasını daha da gücləndirəcək”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər

Azərbaycan və Braziliya arasında təhsillə bağlı saziş təsdiqləndi

Maliyyə Monitorinqi Xidmətinin işçilərinin say həddi artırılıb

İlham Əliyev MDB ilə bağlı sazişi təsdiqlədi

"Qarabağ və Şərqi Zəngəzurun ümumi planlaşdırılması başa çatıb" - Prezident

“Azərbaycanın sülh sammitinə dəvət alması rəsmi Bakının qlobal xarici siyasətinin təcəssümüdür”

“Londan buna görə silah embarqosunu ləğv etməyə qərar verib”

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 22 il ötür
