“Türkiyə ərazisində azsaylı terrorçuların geri çəkilməsinin əhəmiyyəti var”
“PKK terror təşkilatı Türkiyədən bütün silahlı qüvvələrini geri çəkdiyini bəyan edib. Bu PKK-nın tərksilah olunmasında növbəti mərhələdir. Əslində PKK lideri Abdullah Öcalanın aylar öncə həbsxanadan səsləndirdiyi çağırış terror təşkilatının ləğvinin zəruriliyi ilə bağlı idi. PKK-nın başqa alternativi yoxdur”.
Adalet.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
O bildirib ki, Türkiyə ordusunun illərdir PKK ilə mübarizəsi nəticə vermək üzrədir:
“PKK onsuz da Türkiyə içində fəaliyyət qabiliyyətini itirmişdi. Buna baxmayaraq, Türkiyə ərazisində azsaylı terrorçuların geri çəkilməsinin əhəmiyyəti var. Bu o deməkdir ki, PKK keçmiş illərdə olduğu kimi Türkiyədə terror fəaliyyətini davam etdirə bilməyəcək. Bölgədə formalaşan durum da PKK-nın ləğvini labüd edir. PKK-nın fəaliyyət göstərdiyi iki dövlətin – İraq və Suriyanın ərazisində formalaşan yeni durum terrorçuların tərksilah olunmasını diqtə edir. İraq hökuməti və İraqın şimalındakı kürd muxtariyyətinin liderləri Türkiyə ilə əməkdaşlığı genişləndirmək naminə PKK terrorçularının tərksilah olunmasını vacib hesab edirlər. Suriyada hakimiyyət dəyişikliyindən sonra PKK-nın bu ölkədə fəaliyyət imkanları da daralmaq üzrədir”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
04 Noyabr 2026 21:00
Vens: Respublikaçılar seçkilərdə İranla müharibəyə görə məğlub olublar
04 Noyabr 2026 20:27
"Time" Trampı "susdurdu"
04 Noyabr 2026 20:12
“Putin, Tramp, Si görüşünün gündəliyi razılaşdırılır” - Peskov
04 Noyabr 2026 19:00
Rusiya Ukraynanın itkilərini yenilədi
04 Noyabr 2026 16:59
Xamenei ABŞ-dəki aralıq seçkilərin nəticələrini şərh etdi
04 Noyabr 2026 16:53
Rusiya TDT-yə üzv ola bilər? - Türkiyə şərti açıqladı
04 Noyabr 2026 16:50
Netanyahu ərəb partiyalarını "oyundan kənar" vəziyyətdə saxlsmağa çalışır
04 Noyabr 2026 10:32


Bakı -°C

