adalet.az header logo
  • Bakı -°C
18 Noyabr 2025 14:38
255
MƏMLƏKƏT
A- A+

Məktəb, zavod deyil,cənablar!  

Son bir həftədə Azərbaycan mediasında  bir fikir səslənir ki, müəllimlər dərs saatı hesabına deyil,  səhər saat 9 - dan 18- ə kimi işləməklə əməkhaqqı alacaqlar. Yəni 8 saat məktəbdə olacaqlar.

Hətta " Təhsil haqqında" Qanuna da bu fikirlər  əlavə olunacaq! Ona görə də  səslənən ideyaya cəmiyyətdə münasibət birmənalı deyil. Bir çox təhsil ekspertləri bu fikirlə razılaşmır, onun təhsilimizə çox böyük ziyanı olacağını bildirirlər! Cənablar, məktəb zavod deyil, fabrik deyil, ya da konveyr üsulu hansısa məhsul istehsal eləmir ki, kimsə , o qurğunun arxasında durub , nəyə isə nəzarət eləsin! Məktəb uşaqlara  elm, bilik verir, tərbiyə öyrədir! Və əgər doğrudan da, təhsildə islahat aparmaq istəyirsinizsə, şagirdlərin belini əyən, onları şikəst edən ağır çantaların ıcərisindəki lazımsız dərsliklərdən və vəsaitlərdən xilas edən.

Ununtmayın ki, o yeniyetmələr əsgər olacaq və belələri əyilmiş gəncləri yarasız olduğuna görə, əsgərliyə aparmırlar. Bunun barəsində düşünmək lazımdır ey! Kadr dəyişikliyi islahat deyil. İslahat odur ki, inasanların və cəmiyyətin tanıdığı ədalətli, savadlı və vətənpərvər  müəllimlər vəzifəyə təyin edilir. Varmı belə bir iş??? Əlbəttə, yoxdu. Direktorların təyinatda ədalətsizlik mövcuddur. Və bir də direktoru təyin etməzlər, seçərlər. İndi təyin olunmuş direktorların əksəriyyətindən pedaqoji kollektivlər narazıdır. Çünki onların bir çoxu məktəbə elm və təhsil yeri kimi deyil, biznes mərkəzi kimi baxırlar.  Bundan isə namuslu, savadlı və ədalətli müəllimlər əziyyət çəkirlər. Məktəblərdə , xüsusilə də Bakı məktəblərinin bir çoxunda  rüsvət tüğyan edir. Ən azı həftədə bir dəfə sosial şəbəkələrdə pul alan məktəb direktorunun səs yazısı yayılır.

Bax , bunlar , biabırçılıqdı. Müəllimin heç bir günahı yoxdu və adi müəllimlər hər cür mükafata və sevgiyə layiqdirlər.Azəzbaycan müəllimlərininnə qədər sınağa çəkmək olar. Diaqnostika qiymətləndirmə... sertifikasiya... müsahibələr... Və beş ildən bir yenidən sertifikasiya... Bunlar hamısı müəllimlərin əsəblərin korlayır... Və onlar stressdən, həyəcandan müxtəlif xəstəliklərə tutulurlar...

Müəəlimə beş - on manat pul verirlər, onu da burunlarından tökürlər. Əgər təhsildə islahat etmək istəyirlərsə, müəllimin nüfuzuna xələl gətirmədən bunu etmək lazımdır. Yoxsa 8 saat müəllimi məktəbdə saxlamaqla heç  də yaxşi nəyəsə nail olmaq mümkün olmayacaq. Əksinə , bir çox müəllimlər könüllü bu peşədən uzaqlaşacaq! Cənablar, bəlkə bunu istəyirsiniz???

Emil Faiqoğlu