Qərb Ukraynanın arxasından çəkilir - Politoloq
“Andrey Yermak klassik rüşvətxor idi, Volodimir Zelenskinin sağ əli idi. Onu çıxardılar, cəbhəyə getdiyini elan etdi. Əslində baş verənlər Yermakdan asılı deyil. Ümumiyyətlə, qüvvələr nisbətinə baxanda Rusiyanın əhalisi 40, Ukraynanın isə əhalisi 25-30 milyondur. Rusiyanın nəhəng təbii ehtiyatları var. Ukraynada isə illər ərzində silahları oğurlayıb satdılar və izi itirmək üçün silah anbarlarını partlatdılar”.
Bunu Adalet.az-a açıqlamasında politoloq Zərdüşt Əlizadə deyib. Onun sözlərinə görə, Ukrayna indi bunun acısını çəkir:
“Əlbəttə ki, əgər Qərb Ukraynaya kifayət qədər kömək etsəydi, Rusiyanı geri oturda bilərdi. Amma Qərb Ukraynanı müdafiə etmək fikrində deyil. Qərbin çox sadə düşünə bilən insanlar üçün bəlli olan məqsədi var. Birinci məqsəd odur ki, Ukrayna və Rusiyanı əbədi, əzəli düşmən etmək, ikinci məsələ isə ondan ibarətdir ki, hər ikisini zəiflətmək. Qərb hazırda məqsədinə çatır. Artıq üç ildir ki, Rusiya və Ukrayna xalqları bir-birilərini qırırlar. İndi də Ukraynanın imkanları tükənir. 10 milyondan çox insan ölkəni tərk edib. Artıq müqavimət qüvvəsini itirib. Rusiya da zəifləyib, amma bir məsəl var deyir ki, “gombul arıqlayınca, arıq acından ölər”. İndi yavaş-yavaş Rusiyanın hərbi üstünlüyü özünü göstərir. Ukrayna ərazisinin iyirmi faizini tutub, Ukrayna ordusu müqavimət göstərir, amma müqavimət imkanları məhdudlaşıb. Eyni zamanda da Qərb Ukraynanın arxasından çəkilir. Donalt Trampın son 28 maddəlik təklifi o demək idi ki, Ukrayna ərazilərini Rusiyaya versin. Ukrayna isə bunu etiraz edə bilmir, çünki Qərbdən asılıdır. Hələlik Rusiya ordusunun müəyyən üstünlüyü var, amma son nəticəni heç kim deyə bilməz”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
17 Yanvar 2026 14:37
Nizami rayonunda hüquqi yardım aksiyası keçirilib - FOTOLAR
17 Yanvar 2026 11:01
“Ermənistan “Tramp yolu”nu reallaşdırmaqla...”
16 Yanvar 2026 17:41
Vilayət Eyvazov belaruslu həmkarı ilə görüşdü - FOTOLAR
16 Yanvar 2026 14:46
"Azərbaycanda siyasi sistem möhkəmlənir" - Komitə sədri
16 Yanvar 2026 11:45
“Bu Ermənistanın Azərbaycana qarşı işğalçı siyasətinə dəstək verən İran rejiminə...”
16 Yanvar 2026 10:37
“ABŞ-nin Türkiyədəki ən böyük hərbi bazası bu şəhərlərdə yerləşir”
15 Yanvar 2026 18:22
Fidan: Zəngəzur dəhlizi Orta Dəhliz baxımından əhəmiyyətlidir
15 Yanvar 2026 13:21


Bakı -°C

