Avtomobil idarəetmədən çıxdı...
Son bir neçə ayda republikanın avtomobil yollarında bir çox ağır qəzalar baş verib. Onlardan biri də avtomobillərin tez- tez idarəetmədən çıxması və aşmasıdır. Təbii ki bu qəzalar zamanı ölən və xəsarət alanlar olur.
Bəs belə ağır qəzalara səbəb nə olur? İlk növbədə sürücülərin sükan arxasında yuxulaması və yorğunluq. Bəzi hallarda texniki nasazlıqlar da qəzaya səbəb ola bilər! Amma gürünən odur ki, belə hadisələr hər gün olmasa da, ancaq tez- tez baş verir.
Bu günlərdə isə Biləsuvar rayonunun kəndlərinin birində" Lexus" markalı avtomobil idarəetmədən çıxaraq su kanalına düşüb.Qəza zamanı beş nəfər dünyasını dəyişib. Çox güman ki, sürücü bir anlıq sükan arxasında yatıb. Aydındir ki, hər şey avtotexniki ekspertizanın rəyindən sonra bilinəcək.
Bas Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı, polis baş leytenantı Elvin Hacıyev deyir ki, bu cür qəzaların baş verməməsi üçün sürücülər yorğun halda sükan arxasında əyləşməməilidirlər. Onlar yola çıxarkən hər 2-3 saatdan bir avtomobil saxlamlı, dincəlməli və bundan sonra hərəkəti davam etdirməlidir! Çünki yorğun halda olanda sürucünü hər an yuxu tuta bilər. Bir daha sürücülərin nəzərinə çatdırırıq ki, yoxulu və yorğun vəziyyətdə sükan arxasında əyləşməsinlər!!!
Emil Faiqoğlu


Bakı -°C

