ABŞ-nin Venesuelaya hücumu Putinin maraqlarına cavab verir – Politoloq
“ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putini ona görə dəstəkləyir ki, eyni siyasi düşüncəyə malikdirlər. Putinin Ukraynaya qarşı işğalına bir növ dəstək verir. Tramp və Putin Ankoricdə razılaşma əldə edib. Putin dəfələrlə Ankoricdə razılaşma əldə edildiyini vurğulayır. Həmin görüşdə Donbasın Rusiyaya tam verilməsi və digər işğal olunmuş ərazilərin ABŞ tərəfindən Rusiya ərazisi kimi tanınması razılaşdırılıb”.
Adalet.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
O, deyib ki, Putin Ukraynada "xüsusi əməliyyat" adı altında işğal müharibəsi aparır:
“Tramp da Venesuela da "narkokartellərə qarşı" əməliyyat adı ilə bir ölkəni işğal edir. Baş verənlər Putinin maraqlarına xidmət edir. Özünü sülh adamı elan edən Trampın bir ölkənin suverənliyinə qarşı hərbi əməliyyatlar keçirir. Azərbaycan və Ermənistanın adını düzgün tələffüz etməyən, xəritədə bu ölkələrin harada olduğunu bilməyən Tramp deyir ki, müharibəni mən bitirdim. Trampın hansı müharibəni bitirdiyini axtarıb tapa bilmirəm. Venesuelaya hücum birbaşa Rusiya və Çinin geosiyasi maraqlarını artıracaq. ABŞ yaxın tarixdə Əfqanıstan və İraqa hərbi müdaxiləsi bu ölkələrə sülh gətirmədi. Venesuelaya hücum ABŞ üçün uğurlu olmayacaq”.
Vasif
Digər Xəbərlər
03 Aprel 2026 10:20
Pakistanda partlayış olub - Ölənlər var
03 Aprel 2026 09:10
Əfqanıstanda geyim qaydaları sərtləşdirildi
03 Aprel 2026 09:07
Tehrana gedən körpü bombalandı - VİDEO + YENİLƏNİB
03 Aprel 2026 09:04
ABŞ ordusunun baş qərargah rəisi istefa verdi
03 Aprel 2026 08:44
Avstraliya Yaxın Şərqə xüsusi təyinatlı qüvvələrini yerləşdirib
03 Aprel 2026 08:41
"Heç vaxt bərpa olunmayacaq şey ABŞ-nin nüfuzuna dəyən zərərdir" - Əraqçi
03 Aprel 2026 08:37
"CNN": İranın hələ də minlərlə PUA və qanadlı raketləri var
03 Aprel 2026 08:36


Bakı -°C

