“Böyük ehtimalla bu, rejimin öz adamları tərəfindən törədilən təxribatdır”
“İranda vəziyyət daha da qanlı duruma doğru gedir. Rejim etirazçılara qarşı sərt addımlar atacağını bəyan edib. Etirazçılardan ölənlər yüzlərlədir. Tehranda Rəsul məscidi yandırılıb, bir neçə gün öncə də Quran yandırılmışdı. Böyük ehtimalla bu, rejimin öz adamları tərəfindən törədilən təxribatdır. Çünki etirazçıları qırmaq üçün əlində daha çox bəhanə toplamaq istəyir”.
Adalet.az xəbər verir ki, bunu siyasi şərhçi Tural İrfan deyib.
“1979-cu il etirazlarının əsas lideri, Təbriz əsilli ayətullah Məhəmməd Kazım Şəriətmədarinin sonra rejim tərəfindən məhv edilməsi səbəblərindən biri də bu idi ki, o, dini siyasətə qatmağın tərəfdarı deyildi. O deyirdi ki, heç bir sistem əbədi deyil, haçansa bu sistem də çökəcək və insanlar hökumətə nifrət edəndə eyni zamanda sistemə alət edilmiş dinə də nifrət edəcək. Bu gün mərhum ayətullahın dediyi öz təsdiqini tapır. Xalq rejimə daş atanda rejim dini özünə qalxan, sipər edir. Nəticədə din alətə çevrilir, təhqir olunur. Ona görə dini, mənəvi dəyərləri heç bir siyasi oyuna qatmaq doğru deyil. Din və dini dəyərlər ali və toxunulmaz olaraq qalmalıdır”, - deyə o, bildirib.
Vasif
Digər Xəbərlər
12 Yanvar 2026 11:08
İranda etirazçılar silahla belə vurulur - VİDEO
12 Yanvar 2026 10:38
Türkiyədə daha bir FETÖ əməliyyatı - 81 nəfər saxlanıldı
12 Yanvar 2026 10:28
"Xameneini öldürməliyik" - ABŞ-dən kritik açıqlama
12 Yanvar 2026 09:41


Bakı -°C

