Kənd yumurtası niyə bahalaşıb?
Bir qayda olaraq qış aylarında kənd yumurtası bahalaşır. Bunun da bir çox səbəbləri var! Və səbəblərə görə də, bir qayda olaraq qış aylarında kənd yumurtasının qiyməti qalxır!
Amma insanlar buna baxmayaraq, kənd yumurtasına böyük maraq göstərir. Ən azından ona görə ki, broyler toyuqlarının yumurtası ilə müqayisədə kənd yumartası daha dadlıdır.Yumurtanın qışda baha olmasına səbəb kənd toyuqlarının az yumurtamasıdır. Havaların soyuq keçməsi və yem ehtiyatlarının azalması təbii ki, qiymətin bahalaşmasına səbəb olur.İndi demək olar ki, bazarlarda , marketlərdə kənd yumurtası 40- 50 qəpik arasında satılır.
Ancaq bu yumurtanın bir ədədinin kənddə 30 qəpiyə də almaq olar.Qiymətin baha olmasına baxmayaraq, yenə çox adam kənd yumurtası almaq istəyir. Çünki kənd yumurtası broyler toyuqlarının yumurtasından daha dadlıdır. Îstəlik də bu yumurtalar müxtəlif vitaminlərlə zəngindir. Bax elə buna görə də, camaat bu yumurtaları daha çox xoşlayır!!!
Emil FAİQOĞLU
Digər Xəbərlər
15 Sentyabr 2026 19:04
Azərbaycan və İsveçrə innovasiya və turizm sahələrində əməkdaşlığı müzakirə edib
15 Sentyabr 2026 09:37
“Azeri Light”ın qiyməti 127 dolları ötdü
14 Sentyabr 2026 16:42
Qeyri-rezidentlər yeni qaydada vergi uçotuna alınacaq
14 Sentyabr 2026 10:48


Bakı -°C

