adalet.az header logo
  • Bakı -°C
25 Mart 2026 11:01
82
SİYASƏT
A- A+

“Müharibənin daha üç il davam etməsi silah-sursat qıtlığına səbəb olacaq”

Xəbər verdiyimiz kimi, Ukrayna Prezidenti Volodimir Zelenski hərbi əməliyyatın daha üç il davam edəcəyi ehtimalına qarşı Ali Radanın iş planının hazırlanmasını tapşırıb. Qeyd olunub ki, Ali Radanın uzunmüddətli iş planı Rusiya, ABŞ və Ukrayna arasında aparılan danışıqlar fonunda hazırlanır.

Mövzuyla bağlı Adalet.az-a danışan hərbi ekspert Ədalət Verdiyev bildirdi ki, Ukraynada müharibə artıq beşinci ildir ki, davam edir:

“Rusiyanın işğalı çox kiçik templərlə, bəzən isə bir istiqamətdə irəliləməklə, digər istiqamətdə isə geri çəkilməklə müşahidə olunur. Ümumilikdə isə bu templərlə müharibənin çox uzun müddət davam edəcəyi şübhə doğurmur. Təbii ki, müharibənin dayandırılması üçün Qərb ölkələri, xüsusilə də ABŞ Rusiyaya qarşı ciddi təzyiqlər göstərməlidir. Rusiyanın bu müharibəni dayandırması üçün iki əss şərt lazımdır. Bunlardan biri Rusiyanın döyüş əməliyyatları teatrında böyük məğlubiyyətlərə qalması və müharibəni davam etdirə bilməməsi. İkinci şərt isə Ukraynanın Rusiya tələblərini qəbul etməsi və qoşunlarını Rusiyanın tələb etdiyi Donbas ərazilərindən çıxarılması şərti ilə dayandırıla bilər. İndiki vəziyyətdə heç bir tərəf bu şərtləri qəbul etmək niyyətində deyil. Yəni Rusiyanın müharibəni dayandırmaq niyyəti yoxdur, Ukrayna da Rusiyanın tələblərini yerinə yetirmək istərmir. On görə də müharibə çox kiçik templərlə hələ uzun müddət davam edəcək. Amma bu müharibənin 3 il davam etməsi yenə də dünya müdafiə sənayesində çox böyük silah-sursat qıtlığının yaranması ilə  müşahidə olunacaq”. 

Vasif ƏLİHÜSEYN