adalet.az header logo
  • Bakı -°C
31 Mart 2026 14:26
76
SİYASƏT
A- A+

“Xalqın İlham Əliyevə olan inamı bu ideoloji xətti yandırıb külə döndərdi...”

“Uzun illər ermənilərin xəyanəti ilə üz-üzə qalmışıq, həmişə arxadan xəncər sapladıqlarının şahidi olmuşuq. Hətta dövlətimizə rəhbərlik də ediblər. Bakıya rayonlardan gələndə ermənilərin evində kirayədə qalmışıq. Bütün üstünlükləri yüz illər boyu onlara verən bir imperiyanın məkrli maraqları olub. Millətimizin qonaqpərvərliyindən və xarakterindən istifadə edib istədikləri məkrli planları həyata keçiriblər. Hətta Levon Mirzoyan və Ruben Rubenov adlı erməni mənşəli şəxslərin bizə rəhbərlik etməsinə yol açan imperiyanın zəhərli siyasi xətti insanların şüurunda iz buraxıb. Özünü gah zavallı, gah məzlum millət kimi aparan erməniləri terrorçu kimi yetişdirən, bu bölgəyə sırıyan qatı cinayətkar ideologiya ilə üz-üzə qalmışıq”. 

Bunu Adalet.az-a açıqlamasında “Yeni Xətt” Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri Ramil Hüseynov deyib.

O, bildirib ki, bütün hörmət və diqqət addımlarımıza rəğmən, həmişə bizi düşmən gözü ilə görən bu manqurtlaşdırılmış, xəstə təfəkkürün daşıyıcıları indi də Ermənistanda mövcuddur:

“Hətta parlamentdə belə öz murdar təfəkkürlərini hələ də davam etdirir, keçmişdə qaz balonu kimi doldurulan beyinlərindən xilas ola bilməyiblər. O beyinlər bizə qarşı nifrət və kinlə dolu, zəhərlənmiş düşüncənin daşıyıcıları idi ki, bu regionda bizə qarşı vandalizmləri ilə seçilirdilər. Bizi daim təzyiq və basqı altında saxlayırdılar. Bakıda, Bakının azərbaycanlılara məxsus olmasına baxmayaraq, ən gözəl vəzifələri, ən gözəl evləri, ən yaxşı məkanları öz əllərində cəmləşdirərək tədricən bizi tamamilə məhv etmək siyasəti yürüdürdülər. Bu torpaqsız, mənşəyi olmayan zümrəni bu qədər saxta yollarla ucaldan ideoloji xətti isə İlham Əliyevin diplomatiyası darmadağın etdi. Bu, yüz illərin yığılıb qalmış ağır dərdi, məşəqqəti və ləkəni üzərimizdən götürmək idi”. 
Politoloq deyib ki, xalq–dövlət birliyi, xalq–ordu birliyi və xalqın İlham Əliyevə olan inamı bu ideoloji xətti yandırıb külə döndərdi:
“İndi bizdən həm siyasi, həm hüquqi, həm də fiziki olaraq uzaqlaşan, uzaqlaşdırılan o vandal təfəkkürün sındırılmış, siyasi və hüquqi kökləri artıq kökündən kəsilmiş bir kəsim var ki, bu düşüncə bu gün normal düşünən dünya tərəfindən qəbul edilmir. O vaxtkı imperiyanın idarəetmə sisteminin bizə qarşı qərəzi açıq-aydın mövcud idi. Erməni, gürcü və digər mənşəli şəxslər Azərbaycanda rəhbərliyə gətirilsə də, azərbaycanlılar yüksək vəzifələrdə təmsilçilik hüququndan məhrum edilmişdilər. Azərbaycan uzun müddət imperiyaların maraq toqquşması zonasında olub. O dövrlərdə bu maraqların qorunması üçün çoxlu fədakarlıqlar göstərilib. Lakin biz arzu etdiyimiz, bu xalqa və millətə yaraşan siyasi yaşam tərzini əldə edə bilməmişik, ərazi itkisinə məruz qalmışıq. İmperiya basqısı və imperiyanın bu dövlətə münasibəti həmişə qərəzli və xaincəsinə olub. Bunun da köklü səbəbləri var. Bu torpaqda yetişən dahilərin gücündən, fərasətindən və ləyaqətindən çəkinən həmin xain ideologiya bizi çoxlu məşəqqətlərlə üz-üzə qoyub. Dövlətimizin qorunması və var olması üçün ləyaqətlə çalışan bütün tarixi şəxsiyyətlərimizi hörmətlə anırıq. Müasir dövrdə, daha inkişaf etmiş metodlarla, illər öncə başlanan xain ideologiyanı həyata keçirərək bizi tam əsarət altına salmaq istəyən qüvvələrin qarşısını almaq üçün ciddi addımlar atılıb”. 

R.Hüseynov xüsusən Heydər Əliyevin dövründə böyük strateji hədəflər, diplomatik qərarlar və siyasi təyinat planlarının həyata keçirildiyini bildirib:

“O xain niyyətlərin qarşısını almaq üçün böyük qoruyucu səddin qurulmasına başlanıldı. İlham Əliyev dövründə isə həm torpaq itkilərinin, həm siyasi, iqtisadi və fiziki itkilərimizin qarşısı alındı. Bu gün biz 10 noyabr bəyanatının mahiyyətini tam dərk edə bilmirik, amma bu tarixi bir sənəddir və məcbur edilərək imzalanmaya hazırlanan hüquqi bir faktdır. Qazandığımız hərbi uğurun diplomatik qələbə ilə möhkəmləndirilməsi və Azərbaycanın hüquqi mövqeyinin bir çox ölkələr tərəfindən dəstəklənməsi prosesi başladı. Bu siyasi atmosferi yaradan böyük siyasi iradə sayəsində diplomatik qalibiyyətlərimiz və uğurlarımız davamlı oldu. Bunlar uzunmüddətli geosiyasi, geopolitik və geoiqtisadi layihələrin həyata keçirilməsi nəticəsində qazanılmış zəfərlərimizdir. Bu gün artıq bizi hansısa erməni dığası hədəfləyə bilmir, Bakını da ələ keçirə bilərik deyən sərsəmlər ilə rastlaşmırıq, çünki onların siyasi çıraqlarını İlham Əliyev əbədi söndürüb. Bu, hamımızın vətənpərvərliyi, vətəndaşlıq vicdanı olan hər kəsin ürəyindən keçən ən uca, ulvi hisslərdir. Bəli, biz mərd mərdanı, bu siyasi xətti çəkinmədən, bu diplomatik uğurları, ləyaqətlə, Vətənin başını uca tutan siyasi konsepsiyanı dəstəkləyirik və dəstəkləyəcəyik. Bundan narahat olub çürüyün, nahaqqın kölələri! Tam əmin olun, siz köləsiniz, özünüz də nahaqqın köləsi. Siyasi təşkilatınızın adını adını xəyanətkar siyasətşünaslar brendinə çevirən, nahaq böcəklərsiniz. Kölə kimi qazandığınız siyasi məhvinizi kölə kimi yaşayın. Dövləti, Vətəni, xalqı və ümumilikdə milli maraqları qoruyan, müdafiə edən Haqqın səsinə kölələr bata bilməz”.

Vasif ƏLİHÜSEYN