“Əgər atəşkəs pozularsa və ya risk yenidən artsa...”
“İki həftəlik atəşkəsdən sonra neft dərhal aşağı düşsə də, amma bu düşüş real təklif artımına görə yox, bazarın “risk əlavəsini” çıxarmasına görə oldu. Yəni qiymətdə olan müharibə qorxusu bir qədər silindi. Amma işin texniki tərəfi fərqlidir. Faktiki bazarda vəziyyət hələ də gərgindir. Yaxın Şərqdə logistika zəncirləri tam bərpa olunmayıb, sığorta xərcləri yüksək qalır, bəzi marşrutlarda risk hələ də qiymətə daxildir”.
Adalet.az xəbər verir ki, bunu iqtisadçı Eldəniz Əmirov deyib.
Onun sözlərinə görə, bu faktorlar neftin kəskin ucuzlaşmasının qarşısını saxlayır:
“Digər tərəfdən, bu atəşkəs çox qısadır. İki həftəlik razılaşma bazar üçün strateji ola bilməz. Ona görə də böyük fondlar və treyderlər hələ mövqelərini tam dəyişmirlər, sadəcə risklərini azaldırlar. Bu da qiymətin sərt düşüb sonra stabilləşməsinə səbəb olur.Hazırda ən real ssenari budur ki, qiymətlər 90 dollar ətrafında dalğalansın. Bir qədər də aşağı enə bilər, amma 70–80 dollarlıq zona üçün ya uzunmüddətli siyasi razılaşma, ya da bazara əlavə böyük həcmdə neft girişi lazımdır. Əlqərəz, bazarlar qulaqlarını şəkləyib, diqqətlə xəbər gözləyir. Əgər atəşkəs pozularsa və ya risk yenidən artsa, qiymətlər çox sürətlə geri qayıda bilər.
PS. Biz isə regionda sülh istəyirik. Qoy hamı sülh içində yaşasın, bizi sevənlər də, sevməyənlər də. Sadəcə sevməyənlərə sülhdən əlavə, həm də ədalət hissi və insanlığa sevgi arzulayırıq”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
20 Aprel 2026 20:00
Yuri Qusev Azərbaycana təşəkkür edib
20 Aprel 2026 19:33
Azərbaycan-Türkiyə hərbi təhsil sahəsində inkişaf perspektivləri müzakirə olunub
20 Aprel 2026 18:41
Milli Məclisdən Belçika və Niderlandın qərəzli qərarlarına ETİRAZ
20 Aprel 2026 18:00
Azərbaycan Belçika və Niderlanda NOTA VERDİ
20 Aprel 2026 17:30
Əli Əsədov yenidən məmurları topladı
20 Aprel 2026 17:18
Bayramov BMT rəsmisi ilə görüşdü - YENİLƏNİB
20 Aprel 2026 17:01
“İlham Əliyev bu xüsusiyyətlərin hamısını özündə cəmləşdirən siyasi liderdir”
20 Aprel 2026 11:30


Bakı -°C

