“Putin bu qanuna ona görə ehtiyac duyub ki...”
“Rusiya Prezidenti Vladimir Putin sovet xalqının soyqırımını inkar etməyə görə cinayət məsuliyyəti haqqında Dövlət Dumasının qəbul etdiyi qanunu imzalayıb. Qanuna görə, sovet xalqının soyqırımı qurbanlarının dəfn yerlərinin, habelə Rusiya ərazisində və ya onun hüdudlarından kənarda abidələrin və digər memorial tikililərin dağıdılmasına, zədələnməsinə və ya təhqir olunmasına görə 5 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur”.
Adalet.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
Onun sözlərinə görə, qanunda sovet xalqının soyqırımı faktının inkarına və ya təsdiqinə və onun qurbanlarının xatirəsini təhqir etməyə görə 3 ilədək müddətə azadlıqdan məhrumetmə məsuliyyəti müəyyən edilib:
“Sovet xalqının soyqırımı” dedikdə SSRİ-nin İkinci Dünya müharibəsindəki itkilərindən söhbət gedir. Putin bu qanuna ona görə ehtiyac duyub ki, bir sıra ölkədə İkinci Dünya müharibəsində sovet hərbçilərinin qələbəsini əks etdirən abidələr sökülüb. Kreml bu qanunla həmin ölkələrdə abidələrin sökülməsinə qərar verənləri cəzalandırmağı planlaşdırır. Bəs Stalin rejiminin 1932–1933-cü illərdə Sovet Ukraynasında qəsdən 8 milyon insanı aclıqdan öldürməsi və ya bundan da artıq keçmiş sovet vətəndaşını “xalq düşməni” adı altında güllələnməsi və əmək düşərgələrində ölümə məhkum etməsi nə olsun? Kreml bunları soyqırım saymır, əksinə Putin bır sıra çıxışlarında Stalinin Lenindən daha faydalı işlər gördüyünü bildirib. Bu arada, Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsində öldürülən mülki insanlar, rus hərbçilərinin Buça şəhərində yüzlərlə günahsız insanı qətlə yetirməsi yaxın tarixdir”.
Vasif
Digər Xəbərlər
26 Oktyabr 2026 20:44
Avropadakı etirazları Türkiyəyə daşımaq istəyənlərə Ərdoğandan XƏBƏRDARLIQ
26 Oktyabr 2026 20:34
4 il sonra ilk dəfə Rusiya səmasından uçdular
26 Oktyabr 2026 20:00
Şahzadə uşaqlıqda DJ olmaq istəyibmiş
26 Oktyabr 2026 18:50
Tehranda Yaxın Şərqdəki vəziyyətlə bağlı dördtərəfli görüş keçirilib
26 Oktyabr 2026 17:39
“Məkkə Sazişi” ölkələrinin yüksək səviyyəli rəsmiləri İranda səfərdədir
26 Oktyabr 2026 14:54
Ermənistan DİN rəhbəri Nəsimi Musayevdən danışdı
26 Oktyabr 2026 14:20
Norveç Trampın təhqirinə belə cavab verdi
26 Oktyabr 2026 14:00


Bakı -°C

