adalet.az header logo
  • Bakı -°C
29 Aprel 2026 11:51
65
SİYASƏT
A- A+

“Casiv Yar işğal olunarsa Konstantinovka şəhərinə yol açılır”

“2026-cı ilin əvvəlindən etibarən Rusiya Silahlı qüvvələri Donetsk vilayəti Konstantinovka istiqamətdə irəliləməyə çalışır. Konstantinovka Donetsk vilayətində Ukraynanın müdafiə xəttinin əsas dayaqlarından biridir. Əgər şəhər itirilərsə, Ukrayna qüvvələrinin qərbə doğru geri çəkilməsi ehtimalı artır. Bu istiqamət ümumilikdə Donbas cəbhəsinin taleyinə təsir edə bilər. Konstantinovka, xüsusilə Baxmut və Çasiv Yar bölgələrindən sonra növbəti strateji hədəf sayılır. Şəhər Baxmut-dan cənub-qərbdə, Çasiv Yar-ın arxasında yerləşir. Şəhər Ukrayna müdafiə xətlərinin mühüm logistik qovşaqlarından biridir (təchizat yolları və ehtiyat qüvvələrin daşınması üçün)”.

Adalet.az xəbər verir ki, bunu hərbi ekspert Tofiq Şahmuradov deyib. 

Onun sözlərinə görə, Ukrayna ordusu şəhərin ətrafında müdafiə mövqeləri möhkəmləndirir, hələki şəhərin özündə küçə döyüşləri başlamayıb (bəzi kənar ərazilərdə toqquşmalar var):

“Donbas cəbhəsində ən ağır döyüşlər Çasiv Yar yaşayış məntəqəsi uğrunda gedir. Casiv Yar işğal olunarsa Konstantinovka şəhərinə yol açılır. Niyə Konstantinovka kritikdir? Şəhər Rusiya Silahlı Qüvvələri tərəfindən işğal olunarsa Ukrayna ordusunun müdafiə xətti “qırılmış” sayılır və Kramatorsk və Slavyansk birbaşa təhlükə altına düşür. Çasiv Yar tam işğal olunarsa , Konstantinovka ciddi təhlükəyə girəcək.Hal-hazırda Casiv Yar şəhərinin şərq hissəsində və kənarlarında intensiv döyüşlər gedir. Ən ağır toqquşmalar Kanal (Severski Donets–Donbas kanalı) xətti boyunca gedir. Ukrayna tərəfi müdafiəni şəhərin yüksəkliklərdə qurub, şəhər daxilində möhkəmlənib. Bu Ukrayna ordusuna müşahidə və atəş üstünlüyü verir, Kanal təbii müdafiə xətti rolunu oynayır”. 

Vasif