Velosiped və skuderler təhlükə mənbəyidir...
Bu gün ölkəmizdə , o cümlədən Bakıda velosipedlərdən və skuderlerdən istifadə edənlərin sayı çoxalıb. Bunu nəzərə alan aidiyyəti qurumlar Bakıda bu nəqliyyat vasitələri üçün ayrıca yol zolağı təşkil edilib.
Amma bəzən bir çox halda görürük ki, bu nəqliyyat vasitələrini idarə edənlər təyin olunmuş və onlar üçün ayrılmış yolla deyil avtobusların, avtomobillərinin yolu ilə hərəkət edir. Bu isə birbaşa təhlükə mənbəyi deməkdir. Bir dəfə avtobusdan qabaqda hərəkət edən skuderin sürücü onu aşırdı. Əgər avtobus sürücüsü peşəkar olmasaydı və cəld tərpənməsəydi, sürücü avtobusun altında qalacaqdı. Bax bu gün də həmin mövcud təhlükə durur.
Məsələn, Yeni Günəşli yaşayış sahəsinin " Fatimeyi-zəhra" məscidinin yanındakı parkda volsepedçilərin və skuderler idarə edənlərin əliindən tərpənmək olmur. Bir neçə gün bundan əvvəl parkda yaşlı bir kişini skuder sürən yeniyetmə vurub. Xoşbəxtlikdən xəsarət yüngül olub.
Amma bu gün də həmin parkda bu nəqliyyat vasitələrindən istifadə edənlər çoxdur!Ona görə də ictimai yerlərdə və parklarda bu işə nəzarət gücləndirilməlidir. Avtomobil yollarında isə hələ də volsepedçilər və skuder idarə edənlər təhlükə yaradır!!!
Emil Faiqoğlu
Digər Xəbərlər
26 Avqust 2026 17:22
Mehriban Əliyeva Elmi-Tədqiqat Pediatriya İnstitutunda - FOTOLAR
26 Avqust 2026 16:34
Mehriban Əliyeva qızı ilə açılışda - FOTOLAR
26 Avqust 2026 12:19
Qayıdan xatirələr...
26 Avqust 2026 11:14
Bu ərazilərdə olan evlərə maraq azalıb - VİDEO
26 Avqust 2026 00:23
Bu gün Laçın Şəhəri Günüdür
25 Avqust 2026 17:40
Bakıda yol ötürücülərinin və körpülərin texniki vəziyyəti yoxlanılır
25 Avqust 2026 12:42
"Böyük Köç" DAVAM EDİR: Bu dəfə Qırmızı Bazar və Quzeyxırmana
23 Avqust 2026 21:17


Bakı -°C

