Türk Dövlətləri Həmkarlar İttifaqları Təşkilatının iclası keçirilib - FOTO
Ankarada Türk Dövlətləri Həmkarlar İttifaqları Təşkilatının (TDHİT) iclası keçirilib.
Adalet.az xəbər verir ki, “2026-cı ildə TDHİT-yə üzv dövlətlərdə işçilərin sosial-iqtisadi vəziyyəti və bu istiqamətdə həmkarlar ittifaqlarının qarşısında duran vəzifələr” mövzusunda keçirilən iclasda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının nümayəndə heyəti də iştirak edib.
Türkiyə İşçi Həmkarlar İttifaqları Konfederasiyasının sədri, TDHİT-nin prezidenti Ərgün Atalayın sədrlik etdiyi iclasda Təşkilatın 2026-cı il üzrə fəaliyyətinin yekunları, üzv dövlətlərdə işçilərin sosial-iqtisadi vəziyyəti, təşkilati məsələlər, eləcə də 2027-ci il üçün iş planı müzakirə olunub.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, TDHİT-nin vitse-prezidenti Sahib Məmmədov çıxışında dövlət başçılarının siyasi iradəsi sayəsində ölkələrimiz arasında əlaqələrin son illərdə daha da genişləndiyini, müxtəlif sahələrdə əməkdaşlığın dinamik inkişaf etdiyini deyib.
Konfederasiya sədri həmçinin Azərbaycanın sosial-iqtisadi inkişaf prioritetləri, məşğulluğun artırılması, sosial müdafiə mexanizmləri, eləcə də əmək hüquqlarının müdafiəsi və həmkarlar ittifaqlarının bu sahədə fəaliyyəti barədə məlumat verib.
Çıxışda rəqəmsallaşma və süni intellektin əmək münasibətlərinə təsiri, bu dəyişikliklərə uyğun yeni bacarıqların inkişaf etdirilməsi, beynəlxalq həmrəyliyin möhkəmləndirilməsi və təcrübə mübadiləsinin genişləndirilməsi diqqətə çatdırılıb.
Konfederasiya sədri TDHİT-yə üzv təşkilatların fəaliyyətinin əlaqələndirilməsinin, ortaq maraq doğuran məsələlər üzrə vahid yanaşmanın formalaşdırılmasının və beynəlxalq əməkdaşlıq çərçivəsində qarşılıqlı dəstəyin əhəmiyyətini vurğulayıb.
İclasda gündəlikdəki məsələlər müzakirə olunub və müvafiq qərarlar qəbul edilib.
Qeyd edək ki, Ankarada TDHİT-nin yeni inzibati binasının da açılışı olub. Açılış mərasimində çıxış edənlər binanın istifadəyə verilməsini türk dünyası həmkarlar ittifaqı hərəkatında birliyin və qarşılıqlı etimadın göstəricisi kimi dəyərləndiriblər. Yeni binada genişmiqyaslı tədbirlərin təşkili, işgüzar görüşlərin keçirilməsi və əməkdaşların səmərəli fəaliyyəti üçün müasir tələblərə uyğun şərait yaradılıb.
Sonra üzv təşkilatların rəhbərləri bina ilə tanış olublar.
Digər Xəbərlər
26 Noyabr 2026 17:47
Gələn ay 10 gün iş olmayacaq - Tarixlər
26 Noyabr 2026 16:07
Murat Ülker “Azersun Holding”in rəhbərliyi ilə görüşüb
26 Noyabr 2026 13:11
Vilayət Eyvazov Masallıda qəbul keçirəcək
26 Noyabr 2026 12:18
Sabah hava necə olacaq?
26 Noyabr 2026 11:32
BŞİH müdaxilə etdi: Tarixi binanın qapısı bərpa olunur
26 Noyabr 2026 11:16
ABŞ-nin Bakıdakı səfirliyi iki gün fəaliyyət göstərməyəcək
26 Noyabr 2026 11:00
Nazirlər və komitə sədrləri bu tarixlərdə vətəndaşları qəbul edəcəklər
26 Noyabr 2026 10:27


Bakı -°C

