“Astana bütün riskləri hesablamaq məcburiyyətindədir”
“Ukraynanın Rusiyanın neft emalı zavodlarına endirdiyi raket və dron zərbələri nəticəsində bu ölkədə yanacaq qıtlığı yaşanır, yanacaqdoldurma məntəqələrində uzun növbələr yaranıb və bu vəziyyət qonşu dövlətin ümumi iqtisadi vəziyyətinə də mənfi təsir edir. Rusiya hökuməti mövcud vəziyyətdən çıxış yolu kimi qonşularına müraciət etməyə başlayıb. Rusiya Belarusdan sonra Qazaxıstandan da yanacaq-sürtkü materialları almaq istəyir”.
Adalet.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
Onun sözlərinə görə, Qazaxıstan hökuməti bu məsələylə bağlı qərar verməyə tələsmir:
“Çünki, Rusiyanı yanacaqla təmin etmək beynəlxalq aləmdə bu ölkənin Ukraynaya qarşı işğalçı müharibəyə dəstəyi kimi qiymətləndiriləcək. Buna görə də Qazaxıstan Energetika Nazirliyindən bildirilib ki, neft məhsullarının tədarükü sahəsində beynəlxalq sazişlərin və kommersiya müqavilələrinin bağlanması yalnız sərbəst resurs potensialı mövcud olduğu təqdirdə mümkündür. Açıqlamada həm də o vurğulanıb ki, Astana üçün mütləq prioritet ölkənin daxili bazarının tam və fasiləsiz təminatıdır: “Qonşu dövlətlərə ixrac tədarükü yalnız Qazaxıstanın öz vətəndaşlarının və iqtisadiyyatının tələbatının ödənilməsi üçün heç bir risk yaranmadığı təqdirdə həyata keçirilə bilər”. Astana bütün riskləri hesablamaq məcburiyyətindədir”.
Vasif
Digər Xəbərlər
22 Oktyabr 2026 12:24
Yardımlının yeni icra başçısı kimdir? – DOSYE
22 Oktyabr 2026 12:21
Prezident onu icra başçısı təyin etdi
22 Oktyabr 2026 12:20
Elçin Yusubov vəzifəsindən azad edilib
22 Oktyabr 2026 12:06
Azərbaycan Parlamentindən Fransada baş verənlərə MÜNASİBƏT
22 Oktyabr 2026 11:05
“Ukraynanın ədalətli sülhə, təhlükəsizliyə və öz gələcəyinə haqqı vardır”
22 Oktyabr 2026 10:50
“Bakı və Ankara birgə güc nümayişini davam etdirməlidirlər...”
22 Oktyabr 2026 10:30
“Türkiyə-Azərbayacan prezidentlərinin telefon danışığı əlaqələrin inkişafına mühüm töhfə verir”
22 Oktyabr 2026 10:23


Bakı -°C

