“Prezidentin Qırğızıstan səfərinin mühüm mahiyyəti ondan ibarətdir ki...”
“Rusiyanın Ukraynaya hücumundan sonra Mərkəzi Asiya ölkələri üzünü çevirib Çinə. Çünki bölgənin Rusiyadan savayı, alternativ kimi baxdığı İran, həmçinin Əfqanıstan və Pakistanda son dörd ilə vəziyyət daha da pisləşib, Beynəlxalq bazarlara rahat çıxış axtaran Mərkəzi Asiya ölkələri Avropa ilə ticarəti inkişaf etdirmək üçün Əfqanıstan və Pakistan üzərindən keçən Cənub Dəhlizinə, eləcə də İrana ümid bəsləyirdilər”.
Adalet.az xəbər verir ki, bunu politoloq Əziz Əlibəyli deyib.
Onun sözlərinə görə, məcbur qalan Mərkəzi Asiya ilk dəfə 2022-ci ildə Pakistan limanları vasitəsilə Hindistana yük göndərdi, amma bu yol heç vaxt tam işə düşmədi:
“Ukrayna müharibəsi zamanı dəstəyi ən çox artan yol Trans-Xəzər və ya Orta Dəhliz oldu. Avropa İttifaqı buna 12 milyard avro ayırıb. Çin də bu yolu özünün “Bir kəmər, bir yol” layihəsinə daxil edib.ABŞ Çinlə ticarət münaqişəsinə və Çin təchizat zəncirlərindən asılılığı azaltmaq istəyinə baxmayaraq, Rusiyadan yan keçən digər yollarla yanaşı Orta Dəhlizin inkişafını da dəstəkləyir. Orta Dəhlizin yük tranzitindəki payı hələ də təxminən 6 faizdir və kiçik görünür. Amma 2022–2024-cü illərdə bu yolla daşınan yüklərin həcmi üç dəfə artıb və artmaqda davam edir. Bu arada, mart ayında ABŞ və İsrailin İrana qarşı başladığı müharibə fonunda Tehran Hörmüz boğazını bağladı. ABŞ isə İranın Mərkəzi Asiya ilə ticarət üçün ən vacib iki limanı olan Bəndər Abbas və Çabahar da daxil olmaqla İran limanlarını blokadaya aldı. Proseslər Orta Dəhliz də zərərsiz ötüşməyib”.
Politoloq bildirib ki, İranın Azərbaycanın anklavı olan Naxçıvandakı hava limanına zərər vurması və Xəzər dənizindəki İrana aid infrastrukturların hədəfə alınmasına baxmayaraq, indi Azərbaycan və Ermənistandan keçməsi planlaşdırılan tranzit yolu ilə bağlı ümidlər əvvəlki illərdən daha artıq real və və cəzbedicidir:
“Prezident İlham Əliyevin Qırğızıstan səfərinin mühüm mahiyyəti ondan ibarətdir ki, artıq türk respublikaları dünyanın taleyini həll etmək üzrədir və yekun nöqtədəki həlledici gücün Azərbaycan olması faktı yeni xəttin bölgə və dünya üçün nəfəslik rolunu oynayacağı qaçınılımazdır”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
14 Avqust 2026 10:32
“Qərb dairələri müsəlman ölkələrindəki məzhəb, təriqət və..."
14 Avqust 2026 10:10
“Əgər Azərbaycan yalnız Bakı-Novorosiysk kəməriylə kifayətlənsəydi...”
14 Avqust 2026 09:58
“Zirvəni fəth edənlər və çirkabda çabalayan siyasi körpələr”
13 Avqust 2026 16:04
“Xalq dərin köklərinə bağlı qalaraq, üstündə dayanaraq müasirləşəndə daha güclü olur”
13 Avqust 2026 12:56
İlham Əliyev Almaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib
13 Avqust 2026 10:56
“Naxçıvan yeni inkişaf mərhələsinə qədəm qoyur”
13 Avqust 2026 10:51
“Naxçıvan tarixində bu il daha bir ilk yaşanacaq”
13 Avqust 2026 10:40


Bakı -°C

