Taliban qadınların yazdığı kitabları universitetlərin tədris sistemindən çıxarıb

Taliban hökuməti qadınların yazdığı kitabları universitetlərin tədris sistemindən çıxarıb.
Adalet.az xəbər verir ki, bu barədə BBC məlumat verib.
Bildirilib ki, bu yeni qadağa çərçivəsində Əfqanıstanda insan hüquqları və seksual təcavüz mövzularının tədrisi də qadağan olunub.
“Kimyəvi laboratoriyada təhlükəsizlik” adlı kitab da daxil olmaqla, qadınların yazdığı 140-a yaxın kitab “şəriətə və Talibanın siyasətinə zidd” hesab edilərək “qara siyahı”da olan 680 kitabın arasına daxil edilib.
Eyni zamanda, universitetlərə artıq 18 fənnin tədrisinə icazə verilmədiyi bildirilib.
Taliban rəsmisi bu fənlərin "Şəriət prinsipləri və sistemin siyasəti ilə ziddiyyət təşkil etdiyini" deyib.
Digər Xəbərlər

“Müharibənin Qərbin leyhinə dəyişməsi üçün fundamental qərarlar qəbul ediləcək”

"Bölgədə ev sahibiyik" - Ərdoğandan Netanyahuya

ABŞ Nümayəndələr Palatasının komitəsi anti-Azərbaycan düzəlişlərini rədd etdi

Kamçatkada güclü zəlzələ: Fövqəladə vəziyyət elan edildi - VİDEO

Fransada etiraz aksiyaları: 300-dən çox insan saxlanıldı – YENİLƏNİB

Pezeşkian şayiələrə son qoydu: Mən fəxr edirəm ki, türkəm!

“Qəzzadan 450 mindən çox insan təxliyə edilib”
