Minatəmizləmə fəaliyyətinə dair tələblər təsdiqləndi
Minatəmizləmə fəaliyyətinə dair tələblər təsdiqlənib.
Adalet.az-ın məlumatına görə, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərarda qeyd edilib ki, tələblərin əsas məqsədi Azərbaycan Respublikasının ərazisində partlayıcı sursatların yaratdığı təhlükənin aradan qaldırılmasının, eləcə də həyata keçirilən minatəmizləmə fəaliyyətinin təhlükəsiz, effektiv və əlaqələndirilmiş şəkildə təşkilinin, minatəmizləmə əməliyyatlarını icra edən heyətin və minatəmizləmə fəaliyyətlərindən faydalanan şəxslərin təhlükəsizliyinin təmin edilməsidir.
Bu Tələblər Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Azərbaycan Respublikasının təhlükəsizliyinin və müdafiəsinin təmin edilməsi məqsədilə aparılan mina əleyhinə fəaliyyət istisna olmaqla, Azərbaycan Respublikasının ərazisində minatəmizləmə fəaliyyətlərini həyata keçirən İcraçılara şamil olunur.
Digər Xəbərlər
09 Dekabr 2025 21:51
Leyla Əliyeva Türkmənistanda açılışa qatıldı - FOTOLAR
09 Dekabr 2025 17:51
ANAMA və GICHD minatəmizləməyə dair memorandumun icrasını müzakirə edib
09 Dekabr 2025 17:20
Azərbaycan-Türkiyə HHQ nümayəndələri arasında işçi görüşü keçirilib
09 Dekabr 2025 17:15


Bakı -°C

