19 Sentyabr 2025 13:59
277
İDMAN

Trasa düşən maneə aradan qaldırıldı - "Formula-1" davam edir - YENİLƏNİB

Bakıda keçirilən "Formula 1" üzrə Azərbaycan Qran-prisində birinci sərbəst yürüş davam etdirilib.

Adalet.az-ın məlumatına görə, müvəqqəti dayanmaya səbəb olan trasın üzərində aşkarlanan maneə aradan qaldırılıb.

Qeyd edək ki, bu gün start götürən Azərbaycan Qran-prisi sentyabrın 21-də başa çatacaq.

 

***

Sürücülərdən birinin porebriklərə aqressiv hücumu maşının elementlərinin qırılması ilə nəticələnib.

Adalet.az xəbər verir ki, trasa kənar elementlər düşdüyü və sürücülərə təhlükə mənbəyi olduğu üçün sərbəst yürüş qırmızı bayraqla dayandırılıb.

Tras təmizləndikdən sonra yürüş davam edəcək.

xxx 12:36

Bakıda Formula 1 Azərbaycan Qran-Prisinin sərbəst yürüşünə start verilib.

Adalet.az xəbər verir ki, yürüşdə hər biri iki pilotdan ibarət 10 komanda mübarizə aparır.

Yürüş iştirakçıları bir saat ərzində 6 kilometrlik Bakı Şəhər Halqasında dövrə vuracaqlar.

Bu gün, həmçinin saat 14:00-da Formula 2-də sıralama turu, 16:00-da isə Formula 1-də ikinci sərbəst yürüş başlayacaq.