Astana nədən “İbrahim razılaşamalasına” qoşulmağa ehtiyac duyub? – Politoloq açıqladı
“Qazaxıstan Prezidenti Qasım-Comart Tokayevin amerikalı həmkarı Donald Trampla Vaşinqtonda görüşündən sonra ölkəsinin İsrail ilə müsəlman ölkələri arasında münasibətlərin normallaşdırılmasını nəzərdə tutan “İbrahim Razılaşmaları”na qoşulacağını elan etməsi Türk Dövlət Təşkilatı üçün və ya Astananın Ankara ilə münasibətlərində problem yaradacağını zənn etmirəm. Türk Dövlət Təşkilatı üzv ölkələr arasında sıx işbirliyini və ortaq layihələrin reallaşmasını nəzərdə tutsa da, bu hər bir üzvün müstəqil xarici siyasət yürütmə hüququnu əlindən almır”.
Adalet.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
Politoloqun sözlərinə görə, Türkiyənin İsraillə münasibətləri gərgindirsə, bu o demək deyil ki, Türk Dövlətləri Təşkilatına üzv ölkələrin tamamının İsraillə münasibətləri gərgin olmalıdır:
“Fikrimcə, heç Ankaranın da müttəfiqlərindən belə bir tələbi yoxdur. Doğrudur, Türkiyədəki bəzi dairələr Azərbaycanın İsraillə tərəfdaşlıq münasibətlərini mənfi qiymətləndirirlər, ancaq rəsmi Ankara Bakının ünvanına heç zaman “Siz də İsraillə münasibətlərinizə yenidən baxın” tələbini səsləndirməyib. Türkiyə Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Bakının Azadlıq meydanında Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş hərbi paradda Azərbaycan və Türkiyə hərbi texnikası ilə yanaşı İsrailə məxsus raket komplekslərini də müşahidə edib. Qazaxıstan da İsrailə hərbi texnikasına maraq göstərir”.
O, deyib ki, Donald Tramp Qazaxıstanla yanaşı Mərkəzi Asiyanın digər dövlətlərinin, o cümlədən Azərbaycanın da “”İbrahim razılaşmalarına” qoşulmasını istəyir:
“Ancaq Tramp bu dövlətlərdən hələ razılıq almayıb. Əks halda Vaşinqtonda Trampla Mərkəzi Asiya liderlərinin 5+1 formatında görüşündən sonra Qazaxıstanla yanaşı Özbəkistan, Türkmənistan, Qırğızıstan və Tacikistan liderləri də “İbrahim razılaşmalarına” qoşulacaqlarını elan edərdilər. Mümkündür ki, digər dövlətlər bu təklifi analiz edirlər. Azərbaycanın özü də “İrbahim razılşamnasına” qoşulmağa tələsmir. Çünki, Azərbaycanın onsuz da İsraillə tərəfdaşlıq münasibətləri mövcuddur. Qazaxıstanın da Azərbaycan kimi İsraillə sıx tərəfdaşlıq münasibətləri var. Bəs onda Astana nədən “İbrahim razılaşamalasına” qoşulmağa ehtiyac duyub? Görünür, Astana Ağ Ev sahibinin istəyini yerinə yetirməklə ABŞ-nin Mərkəzi Asiyanın digər dövlətləri ilə yanaşı Qazaxıstana daha çox üstünlük verəcəyini düşünür. Bu Astana üçün əhəmiyyətlidir. Astana Vaşinqtonla münasibətlərini daha üst səviyyəyə qaldırmaqla Moskva və Pekindən siyasi və iqtisadi asılılığını azaltmağı hədəfləyir”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
27 Dekabr 2025 11:40
“Dövlət qayğısı ölkədə sağlam həyat tərzinə və idmana marağı artırır”
27 Dekabr 2025 11:39
“Rusiya buna görə Azərbaycana kompensasiya ödəmir...” - Politoloq
26 Dekabr 2025 20:00
"Erməniəsilli şəxslərin azad olunmaları ilə bağlı qərarları bizə qəbul etdirmək mümkün deyil" - Nazir
26 Dekabr 2025 18:51
Patriarx Kirill İlham Əliyevi təbrik etdi
26 Dekabr 2025 18:23
Nazir "qara siyahı"ya salınan şəxslərin sayını açıqladı
26 Dekabr 2025 18:17
Prezident İrəvandakı konfransa qatılacaq? - AÇIQLAMA
26 Dekabr 2025 17:36
Milli Məclisin son iclasının gündəliyi açıqlanıb
26 Dekabr 2025 17:12


Bakı -°C

