XİN-də "Konsul leqallaşdırılması" informasiya sistemi yaradılacaq
Azərbaycanda rəsmi sənədlərin leqallaşdırılması prosesinin rəqəmsallaşdırılması nəzərdə tutulur.
Adalet.az report-a istinadən xəbər verir ki, Xarici İşlər Nazirliyinin (XİN) Konsulluq İdarəsi və xarici ölkələrdəki konsulluqlar tərəfindən rəsmi sənədlərin leqallaşdırılmasının həyata keçirilməsi məqsədilə XİN-in "Konsul leqallaşdırılması" informasiya sisteminin təsis edilməsi planlaşdırılır.
Eyni zamanda, leqallaşdırılmış sənədlərin tərcüməsinin "Elektron notariat" informasiya sistemi üzərindən notarius tərəfindən distant qaydada rəsmiləşdirilməsi və sənədlərin ünvana çatdırılması xidmətinin təşkili üzrə proseslər xəritəsi hazırlanacaq.
Sənədə əsasən, bu məqsədlərlə proqram təminatlarının yaradılması da nəzərdə tutulur.
Layihənin icrasına Xarici İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və Maliyyə Nazirliyi məsuldur.
Digər Xəbərlər
01 Aprel 2026 19:00
Əli Əsədov TDT-nin Baş katibi ilə əməkdaşlığın perspektivlərini müzakirə edib
01 Aprel 2026 18:18
Qırğızıstanın Baş naziri Azərbaycana gəldi
01 Aprel 2026 16:15
Əli Əsədov Şimali Kiprin Baş naziri ilə görüşdü
01 Aprel 2026 16:02
Zaxarova Azərbaycana təşəkkür etdi
01 Aprel 2026 13:53
Paşinyan Moskvaya niyə gedib? – Politoloq açıqladı
01 Aprel 2026 12:59
İlham Əliyevdən dağ-mədən və metallurgiya sənayesinin inkişafı ilə bağlı SƏRƏNCAM
01 Aprel 2026 09:03
Paşinyan Moskvaya yeni qovluqda gedir – Politoloq
31 Mart 2026 21:20


Bakı -°C

