“Kəpəz” “Sabah”a, “Qarabağ” “Neftçi”yə qarşı
Bu gün Misli Premyer Liqasında “Zəfər turu”na yekun vurulacaq.
Adalet.az xəbər verir ki, bu tur Vətən Müharibəsindəki qələbəmizin 5-ci ildönümünə görə "Zəfər turu" adlandırılıb. Bütün oyunlar isə rəmzi olaraq hər saatın 44-cü dəqiqəsində başlanılıb.
Bu günə 11-ci turun son iki matçı nəzərdə tutulub.
Əvvəlcə “Kəpəz” “Sabah”la üz-üzə gələcək. Gəncə klubu hazırda 3 xalla turnir cədvəlində sonuncudur. Paytaxt təmsilçisi isə 18 xalla altıncı yeri tutur. “Sabah” bu matçda qələbə qazansa, turnir cədvəlində ikinci pilləyə yüksələ bilər.
Turun son matçında isə Azərbaycan derbisi baş tutacaq. Çempion “Qarabağ” “Neftçi”ni qəbul edəcək. Ağdam klubu əzəli rəqibini məğlub etsə, yenidən liderliyə yüksələcək.
Digər Xəbərlər
06 Dekabr 2025 23:51
“Sabah”la AFFA arasında qalmaqal - Klub açıqlama yaydı
06 Dekabr 2025 23:41
“Sabah”la AFFA arasında qalmaqal - Klub açıqlama yaydı
06 Dekabr 2025 10:52
“150, 300 min mükafat alanda deyirdilər ki, ortaya pul qoyun” - Rafael Ağayev
06 Dekabr 2025 09:48


Bakı -°C

