adalet.az header logo
  • Bakı -°C
10 Mart 2026 09:50
70
İDMAN
A- A+

"Sabah" "Qəbələ" ilə qarşılaşacaq

Misli Premyer Liqasında XXIII tura bu gün yekun vurulacaq.

Adalet.az xəbər verir ki, sonuncu matçda lider "Sabah" doğma meydanda "Qəbələ" ilə üz-üzə gələcək.

Qarşılaşma "Bank Respublika Arena"da, saat 19:15-də start götürəcək.

"Sabah" 53 xalla turnir cədvəlində vahid liderdir. "Qəbələ" 16 xalla 11-ci pillədə qərarlaşıb.

Xatırladaq ki, turun əvvəlki oyunlarında "Karvan-Yevlax" "Sumqayıt"la (1:1), "Şamaxı" "İmişli" (0:0) ilə, "Zirə" "Kəpəz"lə (2:2) heç-heçə edib. "Qarabağ" "Araz-Naxçıvan"ı altı cavabsız qolla üstələyibsə, "Turan Tovuz" "Neftçi"ni minimal hesabla məğlub edib - 1:0.