"Qarabağ"da ciddi itki - Kadi 2 ay oynamayacaq
"Qarabağ"ın ötən gün Çempionlar Liqasının Liqa mərhələsinin 4-cü turunda “Çelsi” ilə oyunda (2:2) zədələnən futbolçusu Kadi Borgesin durumuna aydınlıq gəlib.
Adalet.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Braziliyalı yarımmüdafiəçi oyundan dərhal sonra tibbi müayinədən keçib. Müayinənin nəticələrinə əsasən, futbolçunun sol fibulasında sınıq aşkarlanıb.
Həkimlərin ilkin proqnozuna görə, Kadi Borgesin müalicə və bərpa prosesi təxminən 8–10 həftə davam edəcək.
Qeyd edək ki, 29 yaşlı oyunçu cari mövsüm 19 matça çıxıb, 2 qol vurub və 3 qolun ötürməsini verib.
Digər Xəbərlər
12 Mart 2026 14:16
"Qəbələ" – "Neftçi" və "Zirə" – "Qarabağ" matçlarının hakim təyinatları açıqlandı
12 Mart 2026 12:10
Konfrans Liqası: “Samsunspor” İspaniya klubuna qarşı
12 Mart 2026 11:35
"Formula-1": Marşal qeydiyyatına start verildi
12 Mart 2026 09:10


Bakı -°C

