Tanınmış şairin qazi nəvəsini işə götürmədilər
Şair Nüsrət Kəsəmənlinin nəvəsi, 44 günlük Vətən müharibəsi qazisi Cavidan Kəsəmənli Gənc Tamaşçılar Teatırının direktoru Naidə İsmayılzadənin onu işə götürməkdən imtina etdiyini bildirib.
Sosial şəbəkələrin gündəm mövzularından birinə çevrilən bu məsələ ilə bağlı aktyor Rəşat Kəsəmənli Adalet.az-a danışıbAktyorun sözlərinə görə, onun qohumunu işə götürməmək üçün direktorun heç bir əsaslı səbəbi yoxdur. “Direktor görüşdən imtina etməyib. Bir neçə dəfə müraciətdən sonra, nəhayət Cavidanı qəbul edib. “Teatrda ştatda yer yoxdur. Yerimiz olanda mən sizi dəvət edəcəm. Müraciətinizi gələcəkdə müzakirə edərik” kimi fikirlər səsləndirib. Bu söhbətdən 10-15 gün sonra 3 nəfəri ştatla işə götürüb. Necə olur ki, bir nəfərə yer olmur, amma 3 nəfər işə götürlür?! Sizə xəbər edəcəyik, demişdilər. Bəs işçi götürəndə niyə xəbər etmədiniz?
Nəzərinizə çatdırım ki, Cavidan 3 medalla təltif olunmuş veterandır. O, 44 günlük vətən müharibəsində iştirak edib. Bundan əlavə, bu insanın ixtisası aktyordur. Və ADMİU-nin bakalavr pilləsini fərqlənmə dərəcəsi ilə bitirib. Həmin ali məktəbin magistratura pilləsini də bitirib. Aktyorluq yarışmasında 1-ci yerə layiq görülüb.
O teatrda işləmək üçün başqa nə lazımdır?
Cavidanın sənəti ilə bağlı əldə etdiyi uğurlar onun GTT-də aktyor kimi işləməsinə bəs etmir?
Cavidanın müraicətindən sonra həmin teatra işə götürülən həmin 3 nəfər əsgərlikdən yayınmış insanlardı. Əsgərlikdən yayınmış adam hara, qazi hara…?
Səbəb nədir?
Niyə işə götürülmür?
Düşünürəm ki, GTT-in direktoru Naidə İsmayılzadə bu məsələyə əsaslı bir açıqlama verəcək.
Yer yoxdur bəhanəsini qəbul etmirik. Yer yoxdur deyib, ondan sonra 3nəfəri ştata götürmək həqiqəti əks etdirmir”.
Əntiqə Kərimzadə
Digər Xəbərlər
28 May 2026 16:54
“Dolu” filmi və rejissor Elxan Cəfərov
28 May 2026 14:15
Moldovalı səfirin oğlu Şuşada “Şən Azərbaycan” oxudu - VİDEO
28 May 2026 09:10
79 illik ömrün musiqi xəritəsi: Dünyanı fəth edən azərbaycanlı - Aysel KƏRİM yazır
25 May 2026 19:37
Babək Niftəliyevə VƏZİFƏ VERİLDİ
22 May 2026 09:26
Saida Haqverdiyeva Türkiyədə beynəlxalq mükafatına layiq görülüb
22 May 2026 09:07
Prezidentin qızı və gəlini perulu rəssamın sərgisində - FOTOLAR
21 May 2026 11:18
Günay Əfəndiyeva: “Şəhər - tarix qarşısında məsuliyyət, gələcək qarşısında öhdəlikdir”
20 May 2026 11:08


Bakı -°C

