04 Avqust 2023 09:00
2644
LAYİHƏ

TARİXİN BÖYÜK ŞƏXSİYYƏTİ: HEYDƏR ƏLİYEV

Hər bir dövlətin, hər bir ölkənin böyük siyasi şəxsiyyətləri varsa, demək həmin ölkə istənilən müharibədən, iqtisadi və siyasi böhrandan və digər sosial problemlərdən çox asanlıqla çıxmağı bacarır. Daha doğrusu, bu müdrik və ağıllı, uzaqgörən siyasətçilərin gücü hesabına bəzən bəşəriyyət də müharibədən, böyük fəlakətlərdən və insan qırğınglarından canını qurtarmış olur. Ən azından ona görə ki, bu cür siyasi liderlər əlli ildən bir, yüz ildən bir dünyaya gəlirlər və dünyanı da elə məhz onlar xilas edirlər.

Ulu Öndər Heydər Əliyev də tək ölkəmizi deyil, dünyamızı müharibələrdən, fəlakətlərdən, çətin imtahanlardan və sınaqlardan xilas edən tarixin ən böyük şəxsiyyətlərindən biridir. Bu uzaqgörən və müdrik siyasətçi barəsində dünyanın ən nüfuzlu və tanınmış dövlət başçıları, siyasətçiləri çox gözəl fikirlər deyiblər. Onlar deyiblər ki, Heydər Əliyev əsrin ən böyük siyasi şəxsiyyətlərindən və ölkə rəhbərlərindən biridir. Və təsadüfi deyildir ki, Ulu Öndər ikinci dəfə hakimiyyətə qayıdandan sonra onu dünyanın tanınmış siyasi liderləri hörmətlə qarşıladı və bu dahi şəxsiyyətin həyata keçirdiyi siyasəti dəstəklədilər. Rusiyanın, ABŞ-ın, Fransanın, Türkiyənin, Almaniyanın, İngiltərənin, İtaliyanın və digər ölkələrin dövlət başçıları həmişə Heydər Əliyevə çox böyük hörmətlə yanaşıblar və onun həyata keçirdiyi uzaqgörən siyasəti ilə razılaşıblar. Başqa cür də ola bilməzdi! Çünki Ümummilli Lider Heydər Əliyev öz xalqına, öz millətinə və öz dövlətinə qəlbən bağlı olan böyük şəxsiyyət idi. Onun hər sözünün, hər kəlməsinin arxasında konkret olaraq əməli işlər var idi. Məhz buna görə də Ulu Öndərin sözüylə əməli bir olduğu üçün adını çəkdiyimiz ölkələrin dövlət başçıları ona sevgi ilə yanaşırdı. Və bilirdilər ki, Heydər Əliyev hansı sözü dedisə, mütləq onu yerinə yetirəcəkdir!

Ulu Öndər Heydər Əliyev istər Sovet dönəmində yüksək vəzifədə olanda, istərsə də müstəqillik qazanandan sonra həmişə öncə dövlətə, dövlətçiliyə və müstəqilliyimizə böyük önəm vermişdir. Heydər Əliyev çıxışlarının birində demişdir: «Sovet İttifaqı dağılandan sonra Azərbaycan böyük çətinliklərdən keçərək, öz müstəqilliyini əldə edibdir. İndi biz bu müstəqilliyi saxlamalıyıq, müstəqil Azərbaycanı yaşatmalıyıq, inkişaf etdirməliyik. Bu böyük tarixi vəzifəni, bu tarixi missiyanı hansısa xırda siyasətçilərin iddialarına, şıltaqlaqlarına, yaxud da ki, ayrı-ayrı hay-küylərinə biz qurban verə bilərikmi? Bu, heç vaxt ola bilməz!».

Bəli, müstəqilliyimizin ilk dövründə həm xarici düşmənlərimiz, həm də daxildə olan və onlara xidmət edən qara qüvvələr hər vasitə ilə inkişafımıza maneçilik törətmək istəyirdilər. Beşinci kalon ona çalışırdı ki, ölkədə sabitliyi pozsun, qarşıdurma yaratsın və daxilimizdə parçalanmalara rəvac versin. Təbii ki, bu cür qara qüvvələrin suyu bulandırmasına heç cürə yol vermək olmazdı. Hətta vətəndaş müharibəsi yaratmaq istəyən qüvvələr də vardı. Bax onların hamısının qarşısı Ulu Öndər Heydər Əliyev və eləcə də hüquq-mühafizə orqanları tərəfindən vaxtında alındı. Ölkəmizdə sabitlik, əmin-amanlıq qorundu və müstəqilliymiz zaman-zaman bir qədər də möhkəmləndi.

Əgər Heydər Əliyev olmasaydı, xarici və daxili qüvvələr ölkəmizin müstəqil dövlət kimi inkişafına imkan verməzdilər. Ən azından ona görə ki, Ulu Öndər Heydər Əliyevdən əvvəlki dövlət rəhbərləri siaysi cəhətdən zəif olmaqla yanaşı, iradə baxımından da bir o qədər güclü deyildilər. Yəni, onlar xarici qüvvələrin təsirindən və təqibindən qorxub geri çəkilir, ancaq özlərini düşünürdülər. Məhz buna görə də həmin siyasi fəallar hakimiyyətdə çox qala bilmədilər. Bu təzyiqlər və təqiblər Ulu Önədrin vaxtında da oldu. Amma Heydər Əliyev onların hamısının qarşısını vaxtında aldı və ölkəmizin müstəqilliyinə xələl gətirən bütün qüvvələri zərərsizləşdirdi. Yenə Ulu Öndər Heydər Əliyevin bir fikri yadımıza düşür: «Bizim ölkəmiz müstəqil ölkədir, müstəqil dövlətdir. Biz artıq hansısa bir ölkənin tərkibində deyilik, ona görə də ölkəmizin həyatının hər bir sahəsi dünya ilə bağlıdır, başqa ölkələrlə bağlıdır və dünya iqtisadiyyatı ilə, dünyada gedən prossesmlərlə bağlıdır».

Aydnıdır ki, Ulu Öndərin söylədiyi bu fikirlər əsil həqiqəti və reallığı əks etdirir. Ən azından ona görə ki, bayaq dediyimiz kimi, müstəqilliymizin ilk illərində bəzi qonşu ölkələr bizə yuxarıdan aşağı baxır və hətta daxili işlərimiz qarışmaq istəiyrdi. Amma Ulu Öndərin apardığı uğurlu xarici və daxili siyasət nəticəsində həmin ölkələr tezliklə bizə olan mövqeyini dəyişdi və Heydər Əliyevin apardığı məqsədyönlu siyasətlə razılaşmağa məcbur oldular. Çünki başqa cür də çıxış yolu yox idi. Ona görə ki, Azərbaycan Cənubi Qafqaızın ən geopolitik bir ölkəsidir. Və eyni zamanda dünyanın əksər ölkələri Azərbaycanla siyasi, iqtisadi və mədəni əlaqələr qurmağa can atıblar. Bu tək müstəqillik dövründə deyil, ondan da əvvəlki uzaq keçmişdə də bütün dünyanın gözü Azərbacyanda olub. Hətta İknici Dünya müharibəsində Almaniyasının başçısı Adolf Hitlerə tortu kəsib verərkən Bakının görüntüsü olan tortu ona yedirdiblər. Bu o deməkdir ki, həmişə bayaq dediyimiz kimi, digər dövlətlərin gözü Azərbaycandan və Bakıdan çəkilməyib. Əlbəttə, ölkəmizin iqtisadi cəhətdən güclü və qüdrətli olması onu deməyə əsas verir ki, bizimlə nəinki xırda dövlətlər, hətta Avropanın və dünyanın ən nəhəng dövlətləri belə razılaşırlar.

Prezident təqaüdçüsü, yazıçı-publisist, 40 ildən çox pedaqoji təcrübəsi olan və 30 ildən də artıq məktəb diektoru işləmiş, böyük ziyalı Səməndər Məmmədov deyir ki, Azərbaycan xalqı xoşbəxt millətdir ki, onun Heydər Əliyev kimi böyük siyasi şəxsiyyəti var. Mən özüm Borçalının Faxralı kəndində anadan olub və orada böyümüşəm. Orta məktəbi bitirib, Bakı Dövlət Universitetin qəbul olmuşam. Sözümün canı ondan ibarətdir ki, Heydər Əliyevə görə Gürcüstanda həmişə azərbaycanlılara çox böyük hörmətlə yanaşılıb. Şvarnadzenin vaxtında da və ondan sonrakı dövrələrdə də gürcülər həmişə bizə deyirdilər ki, siz xoşbəxt xalqsınız, çünki Heydər Əliyev kimi böyük bir siyasi şəxsiyyət yetişdirmişsiniz. Nə vaxta qədər ki, Heydər Əliyev var, ounn adı var, nəinki biz gürcülər, bütün dünya sizə hörmətlə yanaşacaq. Səməndər müəllim onu da deyir ki, bütün dünya bu gün bizə yenə Heydər Əliyevin sağlığında olan hörməti bəsləyir. Çünki onun siyasi kursunu xalq tərəfindən sevilən və müdafiə edilən Prezident İlham Əliyev uğurla davam etdirir. İlham Əliyev Heydər Əliyev kimi, Azərbaycanı bir daha dünyaya tanıtdırdı və dünyaya sevdirdi!

Faiq QİSMƏTOĞLU 

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.