Tarixin ən isti iyulunu yaşadılar
Fransada 2026-cı ilin iyul ayı meteoroloji müşahidələr tarixinin ən isti iyul ayı kimi qeydə alınıb. Rekord temperatur və ciddi quraqlığın ölkədə meşə yanğınları riskini daha da artırdığı barədə xəbərdarlıq edilib.
Adalet.az xəbər verir ki, Fransanın milli meteorologiya xidməti olan “Meteo-France” ölkədə orta aylıq temperaturun 24,9 dərəcə olduğunu açıqlayıb.
Bununla da əvvəlki rekordlar geridə qalıb. Əvvəlki ən yüksək orta temperatur 2003-cü ilin avqustunda 24,8 dərəcə, 2006-cı ilin iyulunda isə 24,4 dərəcə qeydə alınmışdı.
Məlumata görə, bu ilin iyul ayında yağıntının həcmi normadan təxminən 70 faiz az olub. Nəticədə 2026-cı ilin iyulu ölkə tarixində qeydə alınan üçüncü ən quraq iyul ayı kimi də tarixə düşüb.
Meteoroloqlar bildirirlər ki, rekord istilər və quraqlıq meşə yanğınlarının yayılması üçün əlverişli şərait yaradır.
Qeyd edək ki, Fransa bu il tarixinin ən ağır meşə yanğınları mövsümlərindən birini yaşayır. İlin əvvəlindən bəri ölkədə 117 min hektar ərazi yanaraq məhv olub.
Digər Xəbərlər
05 Avqust 2026 10:06
Ukraynaya yeni silahlar veriləcək – Politoloq
05 Avqust 2026 10:02
Türkiyə ordusunda bir ilk: Polkovnik Özlem Karapınar general oldu
05 Avqust 2026 09:49
CNN: Kaliforniyada Trampın qolf klubunun yaxınlığında silahlı şəxs saxlanılıb
05 Avqust 2026 09:34


Bakı -°C

