Tecnosun İnkişaf Mərkəzinin ilk məzunları diplomlarla təltif olundu - FOTOLAR
“Azərsun Holdinq”in nəzdində fəaliyyət göstərən Tecnosun İnkişaf Mərkəzinin təşkilatçılığı ilə keçirilən təlim proqramının məzuniyyət mərasimi keçirilib.
Tecnosun İnkişaf Mərkəzi, əməkdaşların bilik və bacarıqlarını artırmaq, onları müasir istehsalat tələblərinə uyğun şəkildə hazırlamaq məqsədilə yaradılıb. Çıxışçılar bu təşəbbüsün yalnız bir təlim proqramı olmadığını, davamlı inkişaf və ömürboyu öyrənmə mədəniyyətinin formalaşdırılmasında mühüm rol oynadığını qeyd ediblər.
Həmçinin “Azərsun Akademiya”nın peşə təhsil mərkəzləri ilə əməkdaşlığı ölkədə peşə təhsilinin inkişafına verdiyi dəyərin göstəricisi olduğu vurğulanıb.
Qeyd edək ki, 3 Oktyabr 2024-cü ildə İqtisadi Zonaların İnkişafı Agentliyinin Peşə Tədris Mərkəzi (İZİA PTM) və Bakı Sənaye və İnnovasiya Liseyi (BSİL) ilə Azərsun Holdinq arasında əməkdaşlıq memorandumu imzalanıb. Bu əməkdaşlıq çərçivəsində şirkətin 33 operator əməkdaşı, qeyd olunan peşə liseylərinin texniki təlim kurslarında iştirak ediblər.
Tədbirin sonunda təlimləri uğurla başa vuran əməkdaşlara diplomlar təqdim olunub, birgə xatirə şəkilləri çəkilib və məzunlar öz təəssüratlarını bölüşüblər.
Tecnosun İnkişaf Mərkəzi gələcəkdə də texniki kadrların inkişafı istiqamətində fəaliyyətini genişləndirməyi və bu sahədə qabaqcıl təşəbbüslərlə çıxış etməyi planlaşdırır.
Digər Xəbərlər
17 Dekabr 2025 17:40
Türkiyədən Azərbaycana pul köçürmələri artdı
17 Dekabr 2025 11:19
““Tramp yolu” uzaqbaşı 2028-ci ilin sonlarına qədər işə düşəcək...”
16 Dekabr 2025 19:39
Azərbaycan bu ölkələrlə yeni nəqliyyat marşrutu yaratmağı planlaşdırır
16 Dekabr 2025 16:56
Çinlə ticarət dövriyyəsi 4 milyard dolları ötdü
16 Dekabr 2025 15:13
Vergi Məcəlləsində elektron siqaretlərlə bağlı dəyişiklik
16 Dekabr 2025 15:08
Nikotin tərkibli elektron siqaretlər tütün məmulatı hesab ediləcək
16 Dekabr 2025 13:13
İşəgötürən işçini razılığı olmadan məzuniyyətə göndərə biləcək
16 Dekabr 2025 13:13


Bakı -°C

