adalet.az header logo
  • Bakı -°C
17 Dekabr 2025 17:50
64
DÜNYA
A- A+

"Ukrayna münaqişəsinin həllinə çox yaxınıq" - Rusiya XİN

Ukrayna münaqişəsinin həlli çox yaxındır. 

Adalet.az xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib. 

"Böyük əminliklə, qətiyyətlə deyə bilərəm ki, biz bu dəhşətli böhranın həlli astanasındayıq", - deyə diplomat "ABC News"a verdiyi müsahibədə qeyd edib. 

O, həmçinin bildirib ki, hadisələr tamamilə yanlış istiqamətdə inkişaf etdiyindən Rusiyanın Ukraynaya qarşı müharibə başlatmaqdan başqa alternativi olmayıb: "Moskvanın Kiyevə qarşı hərbi kampaniya başlatmaqdan başqa çıxış yolu yox idi. Moskva razılaşma əldə etməyə hazırdır".