"Təhsil mühiti olanda insanlar axınla bölgələrə gedəcəklər" - Deputat tıxacdan danışdı

“Xankəndidə Qarabağ Universitetinin tikintisinin şahidi olduq. Məhz tələbələrin bu bölgəyə axını sayəsində Qarabağda canlı həyat özünü hiss etdirməkdədir. Biz başqa bölgələrdə də mütləq bu universitet modelindən istifadə etməliyik”.
Adalet.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatı”nın müzakirəsi zamanı deputat Fazil Mustafa deyib.
“Bakıdakı universiteti köçürəkmi, yoxsa yeni universitet açaqmı?! Təhsil mühiti, sosial həyat olanda insanlar axınla bölgələrə gedəcəklər. Çünki Bakının tıxacında nə qədər əziyyət çəkdiklərini hamımız həyatımıza müşahidə edirik”, - deyə deputat bildirib.
Digər Xəbərlər

"Sülh sazişi imzalanana qədər burada sabitlik olmayacaq" - Prezident

Milli Məclisin növbəti iclasının gündəliyi AÇIQLANDI

İlham Əliyevdən Tramp administrasiyası dövrü ilə bağlı açıqlama

"Rusiya-Ukrayna müharibəsinin yenidən başlamayacağına dair heç bir zəmanət yoxdur" - Prezident

"Sovet dövründə olduğu kimi qonşuluq şəraitində yaşamağa çalışmalıyıq" - Dövlət başçısı

"Bildiyimiz dünya nizamı artıq mövcud deyil" - Prezident

Mehriban Vəliyeva: “XII Qlobal Bakı Forumu qlobal çağırışların müzakirəsi üçün unikal platformadır”
