Tək dozalı vaksinin istifadəsi təsdiqləndi
Çin "Rekombinant" tək dozalı vaksininin istifadəsini şərti olaraq təsdiqləyib.
Publika.az-ın məlumatına görə, "Rekombinant" peyvəndinin 18 yaşdan yuxarı şəxslərə tətbiq olunacağı bildirilib.
Çin mətbuatında yer alan xəbərlərə görə, vaksin simptomatik halların qarşısını almaqda 65,7%, xəstəliyin şiddətini azaltmaqda isə 90,98% təsir göstərir.
"Rekombinant" Çin Hərbi Tibb İnstitutunun tədqiqatçısı Çen Veinin rəhbərlik etdiyi araşdırma qrupu tərəfindən hazırlanıb və ölkənin ilk adenovirus əsaslı peyvəndidir.
Digər Xəbərlər
27 Aprel 2024 17:15