TƏKCƏ AVROPA PARLAMENTİ DEYİL, ELƏ HAMI İKİÜZLÜDÜR
Heyvan hüquqlarını müdafiə edən bir xanım Sibirdən bir inək alıb gətirib Kremlin qabağına bağlayıb. Bundan əvvəl də bir qoyunu və bir də Allahın xoşuna gəlməyən bir heyvanını Berlində, deyəsən hökumət evinin qabağına bağlayıbmış. Tələbi də budur ki, insanlar Allahın yaratdığı bu heyvanların ətini yeməsinlər. Dünya televiziyaları xanımın bu hərəkətini yüksək qiymətləndirərək vurhavur yayımlayırlar.
Bizim ekoaktivistlər iki aya yaxındır ki, Laçın-Xankəndi yolunda nümayiş keçirirlər ki, ermənilər Qarabağda meşələri kəsir, torpaqları erroziyaya uğradır, yeraltı sərvətlərimizi istismar edir, bir sözlə, ekologiyanı məhv edirlər.
Əgər Avropanın bir ölkəsində ekoaktivistlər belə bir tədbir keçirsə bütün ölkələrdəki ekoaktivistlər yığışıb ora gələrlər və dəstək verərlər.
Amma görürsünüz, hələ ki Avropadan, elə dünyadan da səsimizə səs verən yoxdur. Yəni təkcə Avropa parlamenti deyil, beynəlxalq təşkilatların çoxu ikiüzlüdür.
İnanırıq ki, ekoaktivistlərin tələbləri yerinə yetiriləcək. Ruhdan düşmək lazım deyil.
Qaldı heyvanların hüquqları… Allah bu dünyada nə yaradıbsa hamısını İnsan üçün yaradıb. Təbiəti də, dağları da, çayları da, çiçəkləri də, inəyi də, qoyunu da, maralı da, lap elə ceyranı da, cüyürü də.
Digər Xəbərlər
29 Mart 2026 17:17
Ən çox zərər çəkən qanunsuz tikilən gecəqondu evlərdir - RƏSMİ
29 Mart 2026 15:42
Qloballaşma dövründə cəmiyyətin inkişafını qadınların fəaliyyəti olmadan...
29 Mart 2026 12:00
Azərbaycan və İran xalqları dost və qardaş xalqlardır - Ceyhun Bayramov
29 Mart 2026 09:30
Uitkoff İlham Əliyev barədə: “O, ölkəsini dəyişdirən xüsusi liderdir” - VİDEO
28 Mart 2026 23:43
Əraqçi Azərbaycan dilində ölkəmizə təşəkkür etdi
28 Mart 2026 13:38
“Bu gün ABŞ-İsrail tandeminin Qəzzadan, İrandan istəyi nədir?”
28 Mart 2026 11:00
“Şərqdə müharibələrin bitməsi regional layihələrin icrası anlamına gəlməyəcək...”
27 Mart 2026 18:42


Bakı -°C

