Temperatur 15 dərəcə enəcək, qar yağacaq - XƏBƏRDARLIQ
Ölkə ərazisində hava şəraiti dəyişəcək.
Adalet.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, ölkə ərazisində müşahidə olunan mülayim hava şəraitindən sonra martın 18-dən 19-na keçən gecədən başlayaraq ölkə ərazisində hava şəraitinin dəyişəcəyi, şimal-qərb küləyinin əsəcəyi, arabir güclənəcəyi, fasilələrlə yağıntılı olacağı, havanın temperaturunun ötən günlərlə müqayisədə tədricən 10-15 dərəcə enəcəyi gözlənilir.
Ayrı-ayrı yerlərdə yağıntıların intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq rayonlarda sulu qar, qar yağacağı ehtimal olunur.
Yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi gözlənilir.
Ölkə ərazisində gözlənilən qeyri-sabit hava şəraiti martın 24-dək davam edəcək.
Digər Xəbərlər
15 May 2026 17:56
Bakı şəhərsalma sahəsində qlobal miqyaslı ən böyük sərgiyə ev sahibliyi edəcək
15 May 2026 16:59
Azərbaycanda bu şəxslər də güzəştli evlər ala bilərlər
15 May 2026 16:50
Yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
15 May 2026 16:48


Bakı -°C

