20 Noyabr 2023 11:48
3372
ŞOU-BİZNES

Təranə Qumral: “Musa əmisin də, qardaşların da çox istəyir, amma…”

Təranə Qumral “Gül kimi şou”da şok açıqlamalar verib.

Adalet.az xəbər verir ki, Təranə Musayeva həyat yoldaşı Musa Musayevin qohumları ilə küsülü olduğunu açıqayıb:

“Musa etiraf etməsədə mən deyirəm ki, qardaşları ilə küsülüdür. Musanın nəsil-kökü ilə danışmamaq səbəbi mənəm. Musanın bir qardaşı var, Musanı görəndə 10 metr kənar gedir. Ümumiyyətlə mənə heç kim  maraqlı deyil, getdiyim yerdə mənə harada yer göstərirlərsə, orda otururam. Heç kəsin yerin dar etmirəm. Kimin yeri dardırsa, yerin dəyişə bilər.  Musa əmisin də (Niyaməddin Musayev) çox istəyir, qardaşların da. Əmisinin haqqı Musanın və qardaşlarının üstündə danılmazdır, böyükdür.

Amma danışmırlar. Elin gözü tərəzidir. Niyə gizlədək? Məni sevmirlər, Musayla danışmırlar. Bir ailədə bu qədər sənətkar efir məkanında bir araya gəlmirsə, demək küsülüdürlər. Burda yalana danışmağın yeri yoxdur.”

Əntiqə