adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
27 Aprel 2024 11:01
728
GÜNDƏM

Terrorçunun aqibəti: Başsız basdırılan yezidi Kərəm Sloyanın doğulma peşmançılığı

Bu gün Qarabağ terrorçusu, 2016-cı ildə - 4 günlük müharibə zamanı kəşfiyyatçı, gizir Elnur Fərzəliyev tərəfindən zərərsizləşdirilən yezidi Kərəm Sloyanın doğum günüdür.


Bəzi erməni separatizminə nifrət edən dostlar ilk cümlədən sonra, “əşşi, cəhənnəmə olsun erməni terrorçusunun ad günü “ deyəcək, amma bu məqaləni oxuduqdan sonra mütləq niyə bu “ad günü”nü xüsusi qeyd etdiyimi anlayacaq.
Əvvəlcə ordumuzun qormaz və cəsarətli üzvü gizir Elnur Fərzəliyevi təqdim edim, baxmayaraq onu Azərbaycanda tanımayan yoxdur. Səbəbi də deyim: Azərbaycan Ordusunun 3 hərbi qulluqçusu hər zaman sosial şəbəkələrin erməni seqmentində təkrar- təkrar müzakirəyə çıxarılır, onların məsuliyyətə cəlb olunması və ya terror vasitəsilə öldürülməsi üçün öz hökümətlərinə çağrışlar olunur.
Bunlardan biri polkovnik-leytenant.

Ramil Səfərov Macarıstandakı Qurqen Markaryan adlı erməni zabitini Azərbaycan bayrağını təhqir etdiyinə görə öldürüb. Xüsusi Təyinatlı gizirimiz Sərxan Məmmədov 2016 Aprel döyüşlərində Talış kəndi istiqamətində yaraladığı erməni mayoru Ayk Torosyanı təkbətək döyüşdə məhv etmişdi. Elə həmin vaxtda , yəni 2016-cı ilin aprel döyüşləri zamanı Ermənistanın hücumunun qarşısı alınarkən Seysulan kəndi istiqamətində isə gizir Elnur Fərzəliyev əsgər Karam Sloyanı təkbətək və əlbəyaxa döyüşdə məhv etdi.


Komandanlığın tapşırıqlarını qüsursuz yerinə yetirib, hərbi kəşfiyyat əməliyyatlarında uğur üstünə uğur qazanıb. Bəzən dostları öz aralarında onu “gözəgörünməz”, “fontamas” adlandırırdılar. Artıq bu xüsusiyyətləri ilə komandanlığın diqqətini özü də bilmədən üzərinə çəkmişdi. E.Fərzəliyevin cəsurluğu yayılmağa, hərbi hissəni aşmağa başladı. 1998-ci ildə Ulu Öndər Heydər Əliyevin imzaladığı sərəncamla "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi.
Təltif olunması və bu dahi şəxsiyyət, müasir Azərbaycan Ordusunun qurucusu ilə şəxsi görüşü bugünədək bacarıqlı kəşfiyyatçının həyatını işıqlandıran, ən çətin məqamlardan cəsarətlə çıxmasına kömək edən bir amil olub. Onun hər günü düşməndən intiqam, qisas almaq hissi ilə keçirdi. Məhz buna görə də indiyədək qulluq etdiyi hərbi hissənin “Şərəf lövhəsi”ni Elnur Fərzəliyevin şəkli bəzəyib.
İndi keçək bu gün ad günü olan- 27 aprel 1996-cı ildə yezidlər ailəsində anadan olan Kərəm Sloyanın həyat tarixçəsinə. Deməli, bu artsax “qəhhhrəmanı”nın atası da “qəhhhrəman olub. Atası Kələş 1988-1994-cü illərdə - Qarabağ müharibəsində Azərbaycana qarşı döyüşüb, terror törədib.
Erməni mediasının yazdığına görə təmas xəttində , cəbhə zonasında həmişə xüsusi qəhrəmanlıq göstərmiş Kərəmin ordudan buraxılmasına iki ay qalırmış: 28 may 2016-cı ildə Kyaram Sloyan Ermənistan Respublikasının Prezidenti tərəfindən ölümündən sonra Ermənistan Respublikasının 1-ci dərəcəli “Döyüş Xaçı” Dövlət Ordeni ilə təltif edilib . Amma meyidi başsız torpağa verilib.
Bir dəfə Elnur bəydən müsahibə alanda o dedi ki, o vaxta qədər mən canlı düşmən də gətirmişdim, öldürüb də gətirdiyim də vardı:” Amma bu bir başqa olay idi. Kəşfiyyata getmişdim. Bildiyiniz kimi kəşfiyyatçılar ağır silah götürmür.

 

Yüngül silahlarla silahlanırlar. Xüsusən soyuq silahlarla. Seysulan istiqamətində ermənilərə məxsus səngərdə qarşılaşdıq. Əlbəyaxa döyüşdə başını bədənindən ayırdım. Dayımın və digər şəhidlərin qisasını aldığımı düşünüb başı özümlə gətirdim. Sonradan erməni mediası yazırdı ki, Sloyanı başsız basdırıblar. Bu hadisə ermənilərə çox ağır təsir bağışladı. Siz demiş "ulduz"a döndüm.
Hətta erməni mediası yazdı ki, mayın 28-də Karam Sloyan Ermənistan prezidenti tərəfindən ölümündən sonra 1-ci dərəcəli “Döyüş Xaçı” Dövlət Ordeni ilə təltif edilib. Adına abidə ucaldılıb. Məni də Ermənistan dövləti adından İnterpola şikayət etdilər, başıma isə 300000 dollar qiymət qoydular. Yadıma düşür: Ruhu şad, məkanı cənnət olsun Pəncəli Teymurov qardaşımın , elə onun da başına 1 milyard dramla (təxminən mənim başıma qoyduqları qədər) pul qoymuşdular”.

 P.S.Bu məqaləni oxucularıma təqdim etməkdə məqsədim odur ki, revanşist ermənilər bir həqiqəti bilsinlər. Nə vaxta qədər ki, Ramillərin, Sərxanların, Elnurların torpağına göz dikib müharibəyə qalxacaqlar, dinc insanları hədəf etməyə  çalışacaqlar bax elə erməniləşmiş yezidi balası Kərəm Sloyan kimi başsız qalacaqlar!Nəzərə alsınlar!

 Əntiqə Rəşid