“Tərtər işi” ilə bağlı YENİ XƏBƏR
Sumqayıt Məhkəmə Kompleksində “Tərtər işi” ilə bağlı ittiham olunan bir qrup şəxsin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Adalet.az xəbər verir ki, bu gün Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının yekunlaşdığı elan olunub.
Dövlət ittihamçısı çıxış edib. Prokuror Əhmədov Ramil Bəşir oğlunun 10 il, Ağayev Fuad Ramiz oğlunun 15 il, Axundov Fuad Arazi oğlunun 11 il, Ağadadaşov Cavid Zahid oğlunun 13 il, Cümşüdov Qurban Qədim oğlunun 13 il azadlıqdan məhrum olunmasını istəyib.
Proses sentyabrın 26-da davam etdiriləcək.
Xatırladaq ki, 2021-ci ilin dekabr ayında Baş Prokurorluqda "Tərtər işi" ilə bağlı cinayət işlərinin icraatının təzələnməsi ilə bağlı qərarlar qəbul edilib. İstintaq zamanı ayrı-ayrı hərbi qulluqçulara işgəncə verilməsi, onların qanunsuz azadlıqdan məhrum edilməsi və vəzifə səlahiyyətlərini aşılmasına əsaslı şübhələr müəyyən edilmiş onlarla şəxs cinayət məsuliyyətinə cəlb olunub.
Təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 145.3 (qanunsuz azadlıqdan məhrum etmə), 293.2 (işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza), 341.2.2 (vəzifə səlahiyyətlərini aşma), 341.2.3 və 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) və digər maddələri ilə ittiham irəli sürülüb.
Digər Xəbərlər
13 Mart 2026 10:44
Azərbaycanda vəkillərin sayı açıqlandı
11 Mart 2026 17:05
Azər Qasımlıya hökm oxundu
06 Mart 2026 10:17
1 vəkil kollegiyadan xaric edildi - 3-ü cərimələndi
05 Mart 2026 15:55
Naxçıvanda mülki infrastruktura dronla hücumla bağlı cinayət işi başlanıb
05 Mart 2026 11:09
Qənimət Zayidovla bağlı qərar verildi
04 Mart 2026 18:34
Ramil Mənsimov Azərbaycana gətirildi
03 Mart 2026 13:15
Tələbə arvadını və körpəsini öldürən şəxs ömürlük azadlıqdan məhrum edildi
03 Mart 2026 12:06


Bakı -°C

