Təyyarə qəzasında həlak olan Sumqayıt sakini dəfn edilib
AZAL-a məxsus Bakı-Qroznı istiqamətində uçan təyyarənin dekabrın 25-də qəzaya uğraması nəticəsində həlak olan Sumqayıt sakini Ağayev Ramin Söhbət oğlu bu gün Sumqayıtın Zeynalabdin qəsəbəsinin qəbiristanlığında dəfn olunub.
Adalet.az xəbər verir ki, 1996-cı il təvəllüdlü R.Ağayevin nəşi qəsəbədə yaşayan valideynlərinə təhvil verilib.
Dəfn mərasimində qəsəbə sakinləri və şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.
Digər Xəbərlər
31 Dekabr 2024 09:04
Xəzər dənizində bu gün ikinci dəfə zəlzələ olub - YENİLƏNİB
31 Dekabr 2024 01:12Qazaxıstanın komissiyası ilkin nəticələri 30 gün ərzində təqdim edəcək
30 Dekabr 2024 14:29Sumqayıtda dəniz kənarından körpə meyiti tapıldı
30 Dekabr 2024 12:19BAŞSAĞLIĞI
29 Dekabr 2024 13:57