03 Yanvar 2025 09:03
339
DÜNYA

"The Jerusalem Post": Qəzza ilə bağlı danışıqlar ləng gedir

İsraillə Fələstinin HƏMAS hərəkatı arasında Qəzza zolağında girovların azad edilməsi və atəşkəslə bağlı danışıqlar müəyyən irəliləyişlərə baxmayaraq, "yavaş gedir".

Adalet.az-ın məlumatına görə, bu barədə "The Jerusalem Post" qəzeti mənbəsinə istinadən xəbər yayıb.

Məlumata görə, HƏMAS hələ də sağ qalan girovların siyahısını verməyib. Radikallar iddia edirlər ki, bütün girovları tez tapa bilmirlər və onların tam siyahısını tərtib etmək üçün atəşkəsdən sonra bir neçə gün lazım olacaq. "Bu, yalan iddiadır. HƏMAS-ın indi bunu etmək imkanı var, onlar sadəcə siyahı yaratmaq istəmirlər", - İsrail rəsmisi bildirib.

2024-cü ildə HƏMAS tərəfindən götürülən girovların azad edilməsi üçün danışıqların bir neçə raundu dalana dirənib. Hər iki tərəf 2023-cü ilin noyabr ayının sonunda əldə edilmiş bir həftəlik atəşkəs zamanı 105 girovun azad edildiyi razılaşmanı uzada bilməyib. İsrail hesab edir ki, bir il əvvəl oktyabrın 7-də oğurlanan 251 girovdan 96-sı hələ də Qəzzadadır. Son 14 ay ərzində İsrail hərbçiləri 8 girovu xilas edib, 38 nəfərin meyitini qaytarıb.