Tibbi müqavilə NƏDİR? - İntiqam Hacıyev
“Tibbi yardımın göstərilməsi haqqında müqavilələri əslində Mülki Məcəllədə öz əksini tapan Tapşırıq Müqavilələrin bir növüdür. Tapşırıq müqaviləsinə görə isə tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs başqa şəxsin ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri icra etməyi öhdəsinə götürür”.
Adalet.az xəbər verir ki, bu fikirləri 93 FM dalğasında yayımlanan “Sağlam radio”da Səhiyyə Nazirliyi Hüquq şöbəsinin Böyük məsləhətçisi İntiqam Hacıyev açıqlayıb.
Onun sözlərinə görə, tibbi müqavilə də öz növbəsində tibbi xidmətlərin göstərilməsinə yönələn müqavilədir:
“Qanunvericiliyə baxsaq, tibbi müqavilə anlayışı “Özəl tibbi fəaliyyət haqqında” Azərbaycan Respublikası Qanununda da öz əksini tapıb. Həmin qanunun 7-ci maddəsi “Tibbi yardım göstərilməsi barədə müqavilə” adlanır və orda qeyd edilir ki, özəl tibb müəssisəsi tərəfindən tibbi yardım göstərilməsi barədə müqavilə bu yardımın növlərini, həcmini və göstərilmə şərtlərini əks etdirməlidir. Yəni, tibbi xidmət müqaviləsində hansı tibbi xidmətin göstəriləcəyi və həmin xidmətin dəyəri və digər əsas şərtləri tənzimlənir”.
İ.Hacıyev bildirib ki, tibbi xidmət müqaviləsinin mövcud olması həkimin və ya klinikanın məsuliyyətdən kənar qalması anlamına gəlmir. Çünki müqavilə olsa da belə, əgər həkim səhvi varsa, hər bir halda məsuliyyət də var.
Digər Xəbərlər
13 Dekabr 2025 15:00
Ürəyi dayanan pasiyent 45 dəqiqə sonra həyata qaytarılıb - VİDEO
10 Dekabr 2025 14:20
“Ev şəraitində hazırlanan turşular risk kateqoriyasına daxildir...”
09 Dekabr 2025 11:54
Onkoloji xəstəliklərin müalicəsinin Xidmətlər zərfinə daxil edilməsi üçün layihə hazırlanır
08 Dekabr 2025 16:38
Nazirlik məşhur klinikada yoxlama keçirdi - Lisenziyası olmadığı üzə çıxdı
08 Dekabr 2025 11:45
Nihatın həyatı sizin əlinizdədir: Anası yardım üçün müraciət etdi - FOTOLAR
07 Dekabr 2025 21:14
Tox qarına yatmaq sağlamlıq üçün risklidir
03 Dekabr 2025 13:46
Ləman Qulamova komadan ayıldı
02 Dekabr 2025 10:10


Bakı -°C

