"Ticarət müharibəsi başlayır"...
"Mind Money" broker şirkətinin baş direktoru, maliyə eksperti Yuliya Xandoşko "Rossiya24" telekanalına müsahibəsində bildirib ki, ABŞ və onlarla ölkənin qarşılıqlı rüsumlar tədbiq etməsiylə, dünyada yavaş-yavaş hamının hamıya qarşı ticarət müharibəsi başlayır.
Maliyə ekspertinin fikirincə, əgər tərəflər vəziyyəti qızışdırmağa doğru getməyə davam edərlərsə, beynəlxalq ticarətdə hadisələr neqativ istiqamətə doğru gedəcək: "Görünən odur ki, tədricən hamının, hamıya qarşı müharibəsi başlayır. Əgər Çin ABŞ-a qarşı idxal tariflərini qaldırsa, onda ucuz cin malları avropa bazarlarına doğru axacaq və Avropa da Çinə aarşı sanksiyalar tədbiq etmək məcburiyyətində qalacaq. Hazırki vaziyyət göstərir ki, hamı bu istiqamətdə çox ciddi "əhval ruhiyədədir" və bundan çıxış yolu yoxdur"- deyə Xandoşko hesab edir.
Ekspert əlavə edib ki, ölkələr idxal tarifləriylə bağlı razılığa gəlməsələr, bütün dünya ölkələri, əsasən də Avropa iqtisadiyyatı böhranla üz-üzə qalacaq.
Rüstəm Hacıyev
Digər Xəbərlər
07 Oktyabr 2026 12:13
“Azərbaycan iqtisadiyyatına yönəldilən xarici sərmayənin həcmi 17 faiz artıb”
06 Oktyabr 2026 15:01
Azərbaycanın hava məkanından tranzit uçuşların sayı artıb
06 Oktyabr 2026 10:46
Azərbaycanda pensiyalar belə artırılacaq - Yeni qayda
06 Oktyabr 2026 10:21


Bakı -°C

