“Titanik”dən böyük tarixi gəmi okeanda batırılacaq
ABŞ-nin məşhur okean layneri “SS United States” dünyanın ən böyük süni rifini yaratmaq üçün Florida sahillərində, Meksika körfəzində batırılacaq.
Adalet.az xəbər verir ki, otuz ilə yaxın Filadelfiyada sahilə lövbər salan tarixi gəmi yüksək bərpa xərcləri səbəbindən bu üsulla qiymətləndirilib.
Uzunluğu 305 metr olan bu gəmi məşhur “Titanik”dən təxminən 30 metr uzundur. 1952-ci ildə ilk səyahətində Atlantik okeanını 3 gün 10 saat 40 dəqiqəyə keçərək rekorda imza atan laynerin saatda 66 kilometrlik orta sürət göstəricisi bu günə qədər yenilənməyib.
Gəmi dəniz dibinə endirilməzdən əvvəl Alabamada zərərli kimyəvi maddələrdən, şüşə və plastik hissələrdən tam təmizlənib. 10,1 milyon dollarlıq layihə çərçivəsində dənizin 55 metr dərinliyinə batırılacaq gəmi həm dəniz canlıları üçün yeni yaşayış mühiti yaradacaq, həm də dalğıclar və balıqçılar üçün böyük cazibə mərkəzinə çevriləcək. Layihəyə paralel olaraq quruda 1 milyon dollarlıq muzeyin tikintisi də nəzərdə tutulub.
Digər Xəbərlər
04 Noyabr 2026 09:22
"Rusiya və Ukrayna razılaşmaya yaxındır" - Tramp
04 Noyabr 2026 09:20
Trampdan seçkilərlə bağlı açıqlama - "Bu halda hər şeyə veto qoyacağam"
04 Noyabr 2026 08:08
ABŞ-də 30 ildə ilk dəfə qızılcadan ölüm qeydə alındı
04 Noyabr 2026 08:05
Himalay dağlarında 8 nəfər yoxa çıxdı - Əşyaları tapılıb, özləri yox
04 Noyabr 2026 08:01
ABŞ-də Konqresə aralıq seçkilərdə demokratlar liderlik edir - YENİLƏNİR
04 Noyabr 2026 07:43
Kim Çen In Şimali Koreyanın yeni hərbi gəmisinin tikintisini yoxlayıb
04 Noyabr 2026 07:39
69 nəfərin öldüyü qəzadan sonra nazir istefa verdi
04 Noyabr 2026 07:38


Bakı -°C

