TKT imtahanına qeydiyyat aparılır
Dövlət İmtahan Mərkəzi (DİM) TKT (Teaching Knowledge Test) imtahanına qeydiyyat elan edir.
DİM-dən Adalet.az-a bildirilib ki, imtahan iyulun 4-də Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda (Bakı şəhəri, Binəqədi rayonu, S.S. Axundov, 50) təşkil olunacaq. Qeydiyyat mayın 14-dək davam edəcək. 2026-cı ildir.
Kembric Universiteti Nəşriyyat və Qiymətləndirmə qurumunun rəsmi test mərkəzi olan DİM ingilis dili müəllimləri üçün bilik və bacarıqları beynəlxalq səviyyədə təsdiq edən TKT (Teaching Knowledge Test) kvalifikasiyasının 1,2,3, YL (Young Learners – azyaşlı öyrənənlərə dilin tədrisi), CLIL (Content and Language Integrated Learning – dilin məzmunla inteqrativ tədrisi) modulları üzrə imtahanlar təşkil edir.
Qeyd edək ki, DİM, həmçinin Kembric İngilis dili üzrə Qiymətləndirmə (Cambridge English Qualifications), Kembric İngilis dili üzrə Tədris (Cambridge English Teaching) imtahanlarını təklif edir. Dövlət İmtahan Mərkəzi tələb əsasında Kembric İngilis dili üzrə Səviyyə Testi (Cambridge English Placement Test - CEPT) də təşkil edir.
İmtahana qeydiyyat link vasitəsilə həyata keçirilir. Əlavə məlumat almaq üçün [email protected] ünvanı ilə əlaqə saxlamaq mümkündür.
İmtahana gələn namizədlər mütləq şəkildə şəkilli şəxsiyyət vəsiqəsini və “Confirmation of Entry” (CoE) sənədini ([email protected] ünvanından göndərilir) özləri ilə gətirməlidirlər. İmtahan otağına yalnız şəxsiyyət vəsiqəsi, su, sadə karandaş (göy diyircəkli qələmdən istifadəyə icazə verilmir), pozan və karandaşyonan aparılmasına icazə verilir.
Digər Xəbərlər
23 Oktyabr 2026 17:45
Buraxılış və ali məktəblərə qəbul imtahanı üzrə bəzi fənlərin proqramları təsdiqləndi
23 Oktyabr 2026 16:12
LDU tələbələrindən uşaq evlərinə sitrus sovqatı
23 Oktyabr 2026 13:14
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya sahəsində təhsil almaq istəyən gəncləri konfransa dəvət edir
22 Oktyabr 2026 16:07
Emin Əmrullayev: Anası ali təhsilli olan şagirdlərin nəticələri daha yuxarı olur
22 Oktyabr 2026 14:33
Azərbaycan Universiteti 12-ci Bakı Beynəlxalq Kitab Sərgisində təmsil olunur
21 Oktyabr 2026 18:21
Polis Akademiyasında ixtisaslaşmış mütəxəssislərin iştirakı ilə dərslər keçirilir - FOTOLAR
21 Oktyabr 2026 09:44
Dünyanın ən qədim universitetləri - Siyahı
20 Oktyabr 2026 10:44


Bakı -°C

