adalet.az header logo
  • Bakı 33°C
  • USD 1.7
27 Iyun 2022 12:00
251
GÜNDƏM

Torpağı VƏTƏN edənlərin doğum günü: Pilot, əsgər , kəşfiyyatçı...

Bəşər övladı kimliyini tanıyandan sonra xalqlara, millətlərə , etnik qruplarabölündü. Azərbaycan xalqıda xalqlar, millətlər rasında öz imzası olanxalqlardandır! O imzanı o xalqların arasında yüksəltməyə isə özünəməxsus qəhrəmanlıqları ilə qazanıb. “Özünəməxsus” deyəndə onu nəzərdə tuturam ki, buxalqın igidləri, fatehləri dünyanın digər hegemon xalqları, qüdrətli sərkərdələri kimi uşağa qadına, qocaya, xəstəyə, şikəstə tərəf silah işlətməyib. Hətta qədim dastan və nağıllaımızda xalqımız yadellilərin bu xüsusiyyətinə qarşı çıxıb, müharibəni, döyüşü əsl ər kimi , kişi kimi aparan qəhrəman oğulları ilə fəxr ediblər. Azərbaycan xalqının həm dastan qəhrəmanları, həm də yadellilərə qarşı döyüşən real qəhrəmanları Azərbaycan xalqına məxsus mərdlik, kişilik, cəsurluq kimi amilləri arxa plana keçirmədi! Ancaq döyüş meydanında düşmən ordu ilə döyüşdü, ya qalib gəldi, ya şəhid oldu, amma heç vaxt yuxarıda qeyd etdiyimizkimi uşağa qadına, qocaya, xəstəyə, şikəstə tərəf silah işlətmədi.
Adalet.az xəbər verir ki, bu gün KİŞİlik, MƏRDlik misalı olan 3 igidimizin - Azərbaycanın 3 Milli Qəhrəmanının doğum günüdür. Fəxrimiz olan buşəhidlərimiz: Yavər Əliyev, Malik Əsədov və Ruslan Muradov müxtəlif illərdə, amma eyni gündə doğulublar. Onların həyat fəaliyyəti və qəhrəmanlıqları ilə sizidə tanış edirik:


Pilot Yavər


Yavər Əliyev 27 iyun 1956-ci ildə Bakı şəhərində anadan olub. Pirallahı adasında 235 saylı orta məktəbi bitirdikdən sonra Kremençuq Aviasiya Məktəbinə daxilolub.

Y.Əliyevin Azərbaycan Hərbi Hava Qüvvələrinin yaranmasında böyük əməyi olub. O, müxtəlif tipli helikopterlərin idarə olunmasını dərindən öyrənib. Əliyev əvvəlcə Mİ-4, Mİ-2 helikopterlərinə pilot, daha sonra isə komandir təyin edilib. 1992-ci ildə Şuşaya gələrək həlak olmuş döyüşçülərin meyitlərinin oradan çıxarılmasında xüsusi səy göstərib.

Həmin ilin 14 fevralında MDB hərbi hissələrindən Azərbaycana bir neçə helikopterin göndərilməsində Y.Əliyevin xüsusi xidməti olub. Dəfələrlə QarabağaMİ-24 helikopteri ilə uçuşlar edib. Aşağı yüksəklikdə uçaraq düşmən mövqelərinə ağır zərbələr endirib. Xocalı faciəsindən bir neçə gün sonra - 1992-ci il fevralın 29-da növbəti uçuşu zamanı düşmən tərəfindən vurulub, qəhrəmancasına şəhid olub. Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilib. 

Azərbaycan Respublikası Prezidenti Əbülfəz Əliyevin 14-sentyabr 1992-ci iltarixli Fərmanı ilə Əliyev Yavər Yaqub oğluna ölümündən sonra “Azərbaycan Milli Qəhrəmanı” fəxri adı verilib. Vaxtilə təhsil aldığı 235 saylı orta məktəb onunadını daşıyır. Ailəli idi. İki övladı yadigar qalıb.



Döyüşçi Malik
 



Malik Əsədov 27 iyun 1962-ci ildə Yevlax rayonunun Havarlı kəndində doğulub. 1979-cu ildə orta məktəbi bitirdikdən sonra orduya çağırılıb. Hərbi xidməti Qazaxıstanda başa vurub. Mingəçevir şəhər 45 saylı Müstəqil Hərbləşdirilmiş Yanğından Mühafizə hissəsində əmək fəaliyyətinə başlayıb. Xocalı, Əsgəran, Ağdam, Şuşada döyüşüb. 1992-ci il yanvarın 12-də Şuşaya yollanan silahlı döyüşçülərin arasında Malik də olub. Yanvarın 18-də ermənilər Şuşanın Nəbilər kəndinə hər tərəfdən hücuma keçib. Bu hücumda döyüşçü erməni gülləsindən yaralanıb. Amma buna baxmayaraq, qəhrəman vətən oğlu bir neçə düşməni məhv edib və qəhrəmancasına şəhid olub. Havarlı kəndində dəfn edilib.

Azərbaycan Respublikası Prezidenti Əbülfəz Əliyevin 8 oktyabr 1992-ci il tarixlifərmanı ilə Əsədov Malik Hamil oğluna ölümündən sonra "Azərbaycanın MilliQəhrəmanı" adı verilib. Təhsil aldığı Havarlı kənd orta məktəbi onun adını daşıyır. Həmin məktəbdə və Mingəçevir şəhərində - işlədiyi idarənin önündə qəhrəmanın büstü qoyulub. Ailəli idi. Üç övladı var. 


Kəşfiyyatçı Ruslan


Ruslan Muradov 1973-cü il iyunun 27-də Mingəçevir şəhərində anadan olub. 1990-cı ildə Mingəçevir şəhər 10 nömrəli orta məktəbi bitirdikdən sonra Vitebskşəhərində ali məktəbə daxil olub. Qeyri-müəyyəm səbəblərdən təhsilini yarımçıq qoyaraq Vətənə qayıdıb, atasının çalışdığı Mingəçevir Texniki Rezin Məmulatı Zavodunda işə düzəlib. 1992-ci il yanvarın 22-də milli ordu sıralarına daxil olub. 1992-ci ilin aprelində Ağdamın Papravənd kəndinə göndərilib. Orada həyata keçirilən bir çox kəşfiyyatın uğurlu olmasında Ruslanın müstəsna rolu olub. 1992-ci ildə erməni işğalçıları tərəfindən vurulmuş Azərbaycan Silahlı Qüvvələrinə məxsus təyyarənin pilotunu xilas etmək üçün bir neçə döyüşçü yoldaşı ilə birlikdə keçirilən əməliyyat zamanı mühasirəyə düşüb. Amma böyük əzmkarlıqla mühasirəni yararaq pilotu xilas edib. Muradov 1992-ci il avqustun 22-də Tərtərin rayonunun Gülyataq (1992-ci ildə Ağdərə rayonu ləğv edilərkən Tərtər rayonunabirləşdirilən kəndlərdən biridir ) kəndinin azad olunması uğrunda gedən döyüşdə qəhrəmancasına şəhid olub. 

Azərbaycan Respublikası Prezidenti Əbülfəz Əliyevin 6 noyabr 1992-ci il tarixliFərmanı ilə Muradov Ruslan Həmid oğlu ölümündən sonra Azərbaycanın MilliQəhrəmanı adına layiq görülüb. Mingəçevir şəhərində Şəhidlər xiyabanında dəfn olunub. Vaxtilə təhsil aldığı orta məktəb indi onun adını daşıyır. Məktəbdə büstüqoyulub.

Atalarımızın bir misalı var: şəhid qanı qarışmayan torpaq Vətən olmaz! Vətən üçün  qarı –canı torpağa qovuşan bütün şəhidlərimizin ruhu qarşısında baş əyirik!


Əntiqə Rəşid