Tovuzda avtomobil su arxına düşdü: ölənlər var - FOTO - YENİLƏNİB
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Tovuz rayonu, Xatınlı kəndi ərazisində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.
Bu barədə Adalet.az-a FHN-in Mətbuat xidmətindən məlumat verilib.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Tovuz Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən “VAZ” markalı minik avtomobilinin iştirakı ilə yol-nəqliyyat qəzasının baş verdiyi və avtomobilin idatrəetməni itirərək su kanalına düşdüyü müəyyən olunub.
Yanğınsöndürən-xilasedicilər tərəfindən avtomobildə sıxılı vəziyyətdə qalan sürücü, 1996-cı il təvəllüdlü Həziyev Səid Sakit oğlunun meyiti və qəza nəticəsndə su kanalına düşən 1987-ci il təvəllüdlü Musayev Arzu Şahmar oğlunun meyiti kanaldan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
***
08:19
Tovuzda "VAZ-2107" markalı avtomobil su arxına düşüb.
Adalet.az xəbər verir ki, hadisə Xatınlı kəndi yaxınlığında baş verib.
Qəza nəticəsində avtomobil deformasiyaya uğrayıb. Hadisə yerinə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin Tovuz rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb olunub.
Hadisə nəticəsində 2 nəfər ölüb.
Deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalan sürücünün cansız bədəni xüsusi avadanlıqların köməyi ilə çıxarılıb və müayinə olunmaq üçün aidiyyəti üzrə təhvil verilib. Ölən şəxsin Səid Sakit oğlu Həmzəyev olduğu bildirilir.
Digər meyit isə nəqliyyat vasitəsindən təxminən 100 metr kənarda olub. O isə Arzu Şahmar oglu Müseyibov olub.
Hadisə yerinə hüquq-mühafizə orqanı əməkdaşları cəlb olunub, hadisənin başvermə səbəbi araşdırılır.
Hadisə yerinə polis əməkdaşları da cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.


Bakı -°C

