Tovuzda şəkər tozu qıtlığı yaşanır - VİDEO

Tovuzda artıq bir neçə gündür ki, şəkər tozu qıtlığı yaşanır.
Adalet.az "Xezer TV"yə istinadən xəbər verir ki, rayonun kəndlərində yerləşən mağaza və marketlərdə şəkər tozu tapılmır.
Cəmi bir marketdə şəkər tozu yalnız 50 kq-lıq kisələrdə satılır. Bu da alıcıların büdcələrinə uyğun gəlmir.
Sakinlər iddia edirlər ki, meyvə mövsümündə hər il olduğu kimi bu il də şəkər tozuna tələbat artıb. Çünki mürəbbə və kompotlar məhz şəkər tozları ilə hazırlanır.
Satıcılar da şəkər tozunun nə vaxt gələcəyindən xəbərsizdirlər. Onların sözlərinə görə, hər üç müştəridən ikisi şəkər tozu istəyir. Şirkətlər isə mağazalara yaxın günlərdə şəkər tozunun gələcəyini bildiriblər.
Məhsulun qiymətində isə hələki artım müşahidə olunmayıb.
Digər Xəbərlər

Hesablama Palatası 65 milyonluq maliyyə pozuntusu aşkarlayıb

Tikinti materiallarını yola yığıblar

Evlər niyə bahalaşır?

Azərbaycan nefti bahalaşdı

Tarif Şurası sabit tariflə bağlı QƏRAR VERƏCƏK

Bu şəxslər güzəştli şərtlərlə yaşa görə əmək pensiyası ala biləcək

“Dərman vasitələrinin humanitar məqsədlər üçün idxalı Qaydası” dəyişdi
