“Toyota Prius” “Kamaz”la toqquşdu: Anar Rzayev hadisə yerində həlak oldu
Bakıda “Toyota Prius” “Kamaz”la toqquşub.
Adalet.az xəbər verir ki, qəza dünən Xəzər rayonunun Qala-Pirallahı yolu istiqamətində baş verib.
Belə ki, sürücü Anar Şirin oğlu Rzayev idarə etdiyi “Toyota Prius” markalı avtomobilin qabaq hissəsi ilə ehtiyatsızlıqdan yolun sağ kənarında dayanan Nurlan Xanəli oğlu Xalidova məxsus “Kamaz” markalı yük avtomobilinin arxa hissəsinə çırpılıb.
Şahidlərin verdiyi məlumata görə, Toyota Prius” markalı avtomobil arxa hissəsi daşla dolu “Kamaz” markalı yük maşını ilə toqquşaraq tanınmaz hala düşüb.
Məlumata əsasən, qorxunc qəzanın baş verməsinə səbəb “Prius” sürücüsünün yüksək sürət həddi ilə yolda ötməsi olub. Nəticədə yük maşınının altına girən avtomobilin üzərinə düşən daşlar “Prius”u əzik-əzik edib, hissələrə ayrılmış dəmir parçaları isə sürücünün başını, qolunu və ayağını bədənindən qoparıb. Faktla bağlı Xəzər RPİ-nin İŞ-də cinayət işi başlanıb, istintaq aparılır.
P.S. Dəhşətli avtomobil qəzasında həyatını itirən Anar Şirin oğlu Rzayev Ağdam rayonu Qərvənd kəndində anadan olub. Erməni işğalçılarının apardığı qanlı müharibə səbəbindən 1994-cü ildən ailəlikcə Bakıda yaşayırdılar. Anar ailəli idi, bir qızı vardı. Həyat yoldaşı bir gün əvvəl xəstəliyi ilə əlaqədar intihar etmişdi.
Əntiqə Rəşid
Digər Xəbərlər
26 Sentyabr 2026 11:03
Polis ötən gün 57 nəfəri saxlayıb
26 Sentyabr 2026 09:53
“Şaftalı” yükündən külli miqdarda narkotik aşkarlandı - VİDEO
24 Sentyabr 2026 15:52
Qusarda meşədə qətlə yetirilən qadınla bağlı saxlanılan var
24 Sentyabr 2026 11:55
Bakıda 51 min manatlıq oğurluq
24 Sentyabr 2026 11:31
İrandan Azərbaycana 111 kq narkotik keçirilməsinin qarşısı alınıb
23 Sentyabr 2026 13:25
Bərdədə “Kalaşnikov” avtomatı və 29 patron aşkarlandı
22 Sentyabr 2026 16:05
Evdən pul dolu seyfi oğurlayan şəxslər qandallandılar
22 Sentyabr 2026 11:45


Bakı -°C

